Azərbaycan teatr sənətinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar artisti Firuzə Xanlar qızı Bədirbəyli 10 dekabr 1916-cı ildə Yelizavetpol qəzasının Morul kəndində dünyaya göz açıb.
"Tehsil365" xəbər verir ki, O, aktyorluq sənətinə olan məhəbbəti və səhnə məharəti ilə tamaşaçıların qəlbində silinməz iz qoyub.
Uzun illər Gəncə Dövlət Dram Teatrının səhnəsində çalışan Firuzə Bədirbəyli klassik və müasir Azərbaycan dramaturgiyasının seçilən obrazlarını canlandırıb. Onun oyun tərzi, daxili səmimiyyəti və sənətə bağlılığı həm peşəkar həmkarlarının, həm də tamaşaçıların böyük rəğbətini qazanıb.
1971-ci ildə Firuzə Bədirbəyli Azərbaycan SSR əməkdar artisti fəxri adına layiq görülüb. Bu, onun sənətə verdiyi töhfələrin dövlət səviyyəsində tanınmasının göstəricisidir.
Firuzə Bədirbəyli 16 dekabr 1992-ci ildə Gəncədə vəfat edib. Onun sənəti bu gün də xatırlanır və gələcək nəsil aktyorlar üçün örnək olaraq yaşayır.

