10 dekabr 1986-cı ildə Quba rayonunun İkinci Nügədi kəndində anadan olan Azər Şərif oğlu Süleymanov Azərbaycan televiziya məkanında özünəməxsus üslubu və peşəkarlığı ilə seçilən aparıcılardan biridir.
"Tehsil365" xəbər verir ki, Azər Süleymanlı media karyerasına "Xəyal TV"də başlamış, daha sonra "Regional TV", "Space TV", "Mədəniyyət" və hazırda fəaliyyət göstərdiyi "İctimai TV" kanallarında çalışmışdır. Onun təqdim etdiyi layihələr arasında ən çox yadda qalanlardan biri "Səs Azərbaycan" musiqi yarışması olub. Eyni zamanda, o, Avroviziya Mahnı Müsabiqəsinin də şərhçisi kimi tamaşaçıların rəğbətini qazanıb.
Çoxşaxəli fəaliyyəti ilə tanınan Azər Süleymanlı Azərbaycanın televiziya sahəsində peşəkar aparıcılıq məktəbinin önəmli simalarından biri hesab olunur.

