10 dekabr 1967-ci ildə Balakən rayonunun Xalatala kəndində anadan olan Elçin Nəbiyev Azərbaycanın hərbi aviasiya tarixində mühüm iz qoymuş zabitlərdən biridir.
"Tehsil365" xəbər verir ki, O, Azərbaycanın Hərbi Hava Qüvvələrinin baş şturmanı, həmçinin HHQ və Hava Hücumundan Müdafiə Qoşunlarının qərargah rəisi vəzifəsinin icraçısı kimi yüksək vəzifələrdə çalışıb.
Elçin Nəbiyev uzun illər Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində rəis olaraq, yüzlərlə gənc hərbçinin təliminə və aviasiya sahəsində peşəkar kadrların yetişməsinə töhfə verib. O, Birinci Qarabağ müharibəsinin fəal iştirakçısı olub və ömrünü Vətənə sədaqətli xidmətə həsr edib.
Təəssüf ki, vətənpərvər polkovnik 30 noyabr 2021-ci ildə Xızı rayonu ərazisində hərbi helikopter qəzasında şəhid olub. Onun itkisi Azərbaycan Silahlı Qüvvələri üçün böyük itki kimi yadda qaldı.
Elçin Nəbiyev peşəkarlığı, intizamı və vətənə bağlılığı ilə xatırlanır. Onun adı Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılıb.

