Azərbaycanın igid oğlu, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Ramiz Sübhan oğlu Cəfərov 10 dekabr 1974-cü ildə Donetsk vilayətinin Makeevka şəhərində anadan olub.
"Tehsil365" xəbər verir ki, O, hərbi sahədəki peşəkarlığı, yüksək intizamı və vətənpərvərliyi ilə seçilən zabitlərdən biri idi.
Ramiz Cəfərov Aprel döyüşlərinin fəal iştirakçısı olub, İkinci Qarabağ müharibəsi zamanı isə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə xüsusi şücaət göstərib. O, 6 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidliyindən sonra Ramiz Cəfərov ölkə başçısının sərəncamı ilə "Vətən Müharibəsi Qəhrəmanı" ali fəxri adına layiq görülüb. Onun həyat yolu, vətənə olan sədaqəti və fədakarlığı bugünkü və gələcək nəsillər üçün örnəkdir.
Azərbaycan xalqı Ramiz Cəfərov kimi qəhrəman övladları ilə fəxr edir və onun əziz xatirəsini daim uca tutur.
Allah rəhmət eləsin.

