Londonda yerləşən Mossbourne Victoria Park Akademiyası (MVPA) haqqında hazırlanmış müstəqil araşdırma nəticəsində məlum olub ki, məktəbdə tətbiq olunan sərt intizam sistemi bəzi şagirdlər, xüsusilə də xüsusi qayğıya ehtiyacı olanlar üçün zərərli təsir göstərir.
"Tehsil365" xəbər verir ki, Hesabatda qeyd olunur ki, məktəbdə şagirdlərə qışqırıldığı, ictimai şəkildə alçaldıldıqları və lazımi dəstək verilmədiyi hallar aşkarlanıb. Mütəxəssislər bildirir ki, bu cür yanaşma həssas şagirdlərin rifahına mənfi təsir göstərməklə yanaşı, onların təhsil imkanlarını da məhdudlaşdırır.
Mossbourne Federasiyası açıqlama verərək, bütün uşaqlar üçün ən yaxşı nəticələri təmin etmək məqsədilə səmərəli işlədiklərini bildirib. Lakin Hackney Bələdiyyəsi məsələyə müdaxilə edərək təhsil sisteminə əlavə dəstək yollarını araşdıracağını bəyan edib.
Böyük Britaniyanın Təhsil Departamenti də araşdırmanın nəticələrini “dərin narahatlıq doğuran” adlandıraraq, məsələ ilə bağlı diqqətli şəkildə izləmə aparacaqlarını bildirib.
Məktəblərdə intizamla yanaşı, şagirdlərin emosional və sosial ehtiyaclarının da nəzərə alınması vacib hesab olunur. Bu hallar məktəbdə yaradılan mühitin şagirdlərin inkişafına necə təsir etdiyini bir daha gündəmə gətirib.

