Təhsil 365 - Logo Mobile

Yeni “Radio jurnalistikası” dərsliyi işıq üzü gördü

10209.12.2025 - 18:17
Yeni “Radio jurnalistikası” dərsliyi işıq üzü gördü

“Radio jurnalistikası” əsəri dərslik yaradıcılığımızda bir ilkdir

Tehsil365” xəbər verir ki, “Radio jurnalistikası” əsəri Azərbaycan xalqının böyük mənəvi sərvəti olan, Azərbaycan radiosunun 100 yaşına ən qiymətli və dəyərli töhfədir. Əsərdə mövzular müasir üsullarla təqdim edilərək, “çağdaş radionun dolğun obrazı” ustalıqla yaradılıb. Bir əsrlə yaşıd olan radiomuz “xalqımızın tribunası, aynası və Vətənin səsi” kimi təqdim edilir. Bu səsin əbədi olacağında və milyonlarla dinləyicinin qəlbini fəht edəcəyində radiojurnalistikanın əməyi danılmazdır.

Televiziya və internetin sürətlə inkişafı radionu sıxışdırıb aradan çıxaracaq fikirləri nə yaxşı ki, bu gün özünü doğrultmadı. Əksinə, internetin yaranması radio üçün “yeni və hüdudsuz arena” qazandırdı və radio hər zaman evdə, avtomobildə, ən ucqar məkanda belə etibarlı həmsöhbətimizə, qulaq yoldaşımıza çevrilərək, bizimlə canlı ünsiyyət qurur. Radio bizə yalnız informasiya vermir, o, həm də müxtəlif məzmunlu verilişləri, könlü oxşayan musiqiləri ilə hər zaman ruhumuza hakim kəsilir, diqqətimizi cəlb edir, problemlərimizi dilə gətirir, dərdlərimizə, sevincimizə şərik olur. Deməli, təcrübə bir daha deməyə imkan verir ki, bu “danışan qutu” hər zaman, hər yerdə gərəyimizdir. Məhz buna görə onu daha mükəmməl öyrənmək və öyrətmək lazımdır.

Qarşımdakı “Radio jurnalistikası” əsəri radionu mükəmməl şəkildə öyrənməyə və öyrətməyə ünvanlanıb. Əsərin müəllifləri “müasir jurnalistikanın, həmçinin, kütləvi kommunikasiya mediasının incəliklərini dərindən bilən” və bu sahədə uzun illər çalışaraq zəngin təcrübə toplayan, gənc pedaqoq-alim Aynur Nəsirova və Xatirə Hüseynovadır. BDU-nun nəşriyyatında yenicə işıq üzü görən “Radio jurnalistikası” adlı dərslik bu sahədə son illər yazılan əsərlərdən bir çox xüsusiyyətlərinə görə fərqlənir.

“Radio jurnalistikası” əsəri “Radiojurnalist hansı vərdişlərə yiyələnməlidir?” sualına çox mükəmməl cavab verir. Dərslik radio-televiziya sahəsində görkəmli tədqiqatçı-alim, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin elmi redaktorluğu və məsləhəti ilə ərsəyə gəlib. Odur ki, əsərdə “müasir radio jurnalistikasında önəmli olan bütün əsas istiqamətlər əhatə edilib”. Radionun müasir media sistemindəki yeri, rolu ən kiçik detallarına kimi geniş şəkildə təhlil edilib və ən əsası “audio materialların QR kod şəklində mətnə əlavə edilməsidir”. Bu vasitə ilə “tələbə QR kodu oxudaraq sözügedən audiomaterialı rahatlıqla dinləmək və təhlil etmək imkanı qazanır”. Ona görə də bu gün qürurla deyə bilərik ki, bu “bizim dərslik yaradıcılığımızda ilk dəfə məhz burada tətbiq olunan təcrübədir”.

Dərsliklə tanış olarkən bu “danışan qutu”nun nə qədər görünməz və sehirli bir möcüzələr aləmi olduğunun şahidi oluruq. Doğrudur, televiziyanın əsrarəngiz cazibəsi var, amma bu da danılmaz bir faktdır ki, “radionun da zəngin səslər palitrasına əsaslanan fərqli təbiəti var”. Gənc pedaqoq-alim A.Nəsirova və X.Hüseynova əsərdə bu sehirli aləmin görünən tərəfləri ilə yanaşı, görünməyən tərəflərini də ustalıqla oxucusuna aça biliblər. Müəlliflər jurnalistikanın bir qolu kimi tədqiqata cəlb edilən radioda xəbərin, musiqinin və s. hazırlanmasında və təqdimində səsyazmanın, montajın, redaktənin, musiqi tərtibatının incəliklərini peşəkarlıqla əks etdiriblər. Ən əsası “danışan qutu”da müasir tələblərə yüksək səviyyədə cavab vermək üçün “onlayn radioproqramın yaradılması və sayta yüklənməsi yolları göstərilir, praktik vərdişlər aşlanır”. Tələbə dərsliklə tanış olarkən dinləyici auditoriyasını cəlb etməyin yollarını öyrənir, “sirr”lərini mənimsəyir və dinləyici auditoriyası haqqında ətraflı, düzgün bilgiyə yiyələnir.

Əslində mən dəfələrlə bu dərsliyin müəlliflərinin mühazirə və seminarlarını praktik şəkildə auditoriyadan kənarda, dövlət və özəl radiolarda keçdiklərinin şahidi olmuşam. Onlar bu zaman tələbələrinə canlı olaraq efirdə işləməyin sirlərini öyrətməklə yanaşı, həm də dinləyici auditoriyasını cəlb etməyin yollarını göstərirlər.

“Radio jurnalistikası” əsəri prof. Qulu Məhərrəmlinin təbirincə desək, “radio, televiziya və internetlə rəqabətdə öz varlığını necə qoruyub saxlayır?” kimi aktual suala mükəmməl cavab verir. Müəlliflər dünya təcrübələrinə istinad etməklə, oxucusunda “çağdaş radionun dolğun obrazını” yaradaraq tələbələrinə faydalı tövsiyələr, maraqlı fikirlər, mülahizələr təqdim edərək bələdçi rolunu oynayırlar.

On iki mövzunu əhatə edən dərslikdə müasir elektron KİV sistemində radionun olduqca mühüm rol oynadığı əsaslandırılır. Müəlliflər bu fikrini bir daha təsdiqləmək üçün əsər boyu öz qənaətlərini, mülahizələrini dünyanın məşhur radio tədqiqatçılarından gətirdikləri sitatlarla zənginləşdirir, möhkəmləndirir və radionun media mühitindəki yerini müəyyənləşdirirlər. Bu qənaət əsərin elmi redaktoru “Radio dünyanın səs yaddaşı” adlandırdığı ön sözdə də vurğulanır: “Müəlliflərin dünya radioyayımında gedən ən müasir tendensiyaları əhatə etmələri dərsliyin dəyərini artıran amillərdəndir”.

Radionu “media sistemində ən operativ” vasitə adlandıran müəlliflər radioyayımın tarixinə də nəzər salaraq onun inkişafını, keçdiyi yolu, vəzifələrini, xarakterik xüsusiyyətlərini oxucunun gözləri qarşısında canlandırırlar. Azərbaycanda radio yayımın tarixindən başlayaraq, çağdaş dövrümüzdəki fəaliyyətinə kimi, uzun bir yola nəzər salınır və uğurlu layihələrdən, görülən işlərdən bəhs edilir.

Əsərin sonunda “Peşəkar təcrübəsindən seçmələr” başlığı altında verilən yazılar da diqqəti cəlb edir. Burada milli radiomuzun yaranmasında, inkişafında, cəmiyyət tərəfindən sevilməsində və yaddaşlara həkk edilməsində əməyi olan görkəmli radio əməkdaşlarının, aparıcılarının, mütəxəssislərinin də fikir və düşüncələrinə yer verilib. Əsərin sonunda verilən cümlə yuxarıda söylədiklərimizə öz möhürünü vurur: “İnternetin mediaya hökmranlıq etdiyi dövrdə radionun gənc nəsillər arasında hələ də populyarlığını qoruyub saxlaya bilməsi, şübhəsiz ki, onun müxtəlif yenilikçi məzmunlar vasitəsilə gənc nəsillərə xitab edə bilməsindən irəli gəlir”. Milli adət-ənənələri qoruyan, yaşadan, böyük, zəngin tarixə malik olan Azərbaycan radiosu haqqında çox dəqiq və yerində söylənilən bir fikirdir.

İngilis filosofu Alfred Teylor yazırdı ki, “Kitab gənclərin yol bələdçisidir”. Biz də əminliklə deyə bilərik ki, “Radio jurnalistikası” kitabı yalnız, jurnalistika ixtisasında təhsil alan tələbələr üçün deyil, həm də bu sahə üzrə araşdırma aparan tədqiqatçılar, mütəxəssislər, milyonlarla radiosevərlər üçün də çox faydalı və maraqlı bələdçisi rolunu oynayacaq.

Qərənfil Dünyaminqızı,

Filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist

Rəşanə İsamqızı

Xəbər Lenti

Harvardda yeni qiymətləndirmə sistemi narazılıq yaradıb09.04.2026 - 19:57
Sabah 22 dərəcə isti olacaq09.04.2026 - 19:54
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub09.04.2026 - 19:46
Konfrans öncəsi vörkşoplar davam edir09.04.2026 - 19:40
Tovuzda bir ailə üç uşağından imtina etdi09.04.2026 - 19:32
Azərbaycanda birinci sinfə qəbul prosesində YENİLİK09.04.2026 - 19:25
İlk rübdə 10 min uşağa reabilitasiya xidmətləri göstərilib09.04.2026 - 19:18
“Mənim üçün ən uca hiss Vətən sevgisidir”- Milli Qəhrəman İbad Hüseynov09.04.2026 - 19:12
Müasir uşaqlar əvvəlki nəsildən hansı cəhətlərinə görə fərqlənir? – Məktəbəqədər ekspert açıqladı09.04.2026 - 19:05
ADNSU “QS China Summit 2026”da uğurla iştirak edir09.04.2026 - 18:54
Günəşdə güclü partlayış09.04.2026 - 18:46
Rusiyada pioner və komsomollar bərpa olunur09.04.2026 - 18:38
Salyanda uşaq bağçasının icarəsinə 12 min manat ayrılıb09.04.2026 - 18:32
AMEA: Bəzi qoşmaların Qasım bəy Zakirə aid olmadığı aşkarlanıb09.04.2026 - 18:24
Universitetlərdə diferensial əməkhaqqı sistemi necə tətbiq olunmalıdır?09.04.2026 - 18:16
Azərbaycan təhsilinin görünməyən qəhrəmanları...09.04.2026 - 18:08
İsmayıl İman: Pyes oxunuşları tamaşaların yaranması yolunda mühüm mərhələdir09.04.2026 - 18:02
Tibb üzrə ekspert Rasif Bağırov: “Xəstəliklərin çoxu əvvəlcə hiss olunmur, müayinə vacibdir”09.04.2026 - 17:55
Dövlət Film Fondunda Ceyhun Mirzəyevin xatirəsi anılıb09.04.2026 - 17:54
“Böyük türkmanlar və müasir türk xalqları” - etnik tarixə yeni elmi baxış09.04.2026 - 17:48
Hüquqşünas Əkrəm Həsənov: “Geyimə yalnız həddən artıq açıq-saçıq olduqda məhdudiyyət qoyula bilər”09.04.2026 - 17:45
“Dostluğun sehri” VIII Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinin qalibləri mükafatlandırılıb09.04.2026 - 17:42
Məşhur "Taxt oyunları" serialının aktyoru Maykl Patrik ölüb09.04.2026 - 17:35
ADU və İndoneziya universitetləri arasında mübadilə proqramları genişləndirilir09.04.2026 - 17:34
BMU-da Beynəlxalq Tələbələr Klubu yaradılıb09.04.2026 - 17:26
"Telegram"ın rəhbəri Avropa İttifaqının internet üzərindəki senzura siyasətini sərt tənqid etdi09.04.2026 - 17:25
“BDU könüllüləri”nin baş katibi: Güclü ailə modeli cəmiyyətin əsasını təşkil edir09.04.2026 - 17:18
Qarabağ Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirir09.04.2026 - 17:15
ADPU-da professor Müseyib İlyasovun 75 illik yubileyi qeyd edilib09.04.2026 - 17:12
Şirvan-Salyan regionunda 14 şagird RFM-in rayon mərhələsində 100 bal toplayıb09.04.2026 - 17:05
BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsinin açılışı olub09.04.2026 - 17:04
Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadındır09.04.2026 - 17:00
İki kollecdə yeni rəhbər təyinatları olub09.04.2026 - 16:55
4-cü siniflər üçün beynəlxalq sınaq mərhələsi başladı09.04.2026 - 16:45
İdris İsayev Qubada vətəndaşları qəbul edəcək09.04.2026 - 16:35
Azərbaycanlı tələbə Oksford Universitetinə qəbul olub09.04.2026 - 16:25
Ağdaş və Qax məktəbliləri erkən nikahın zərərli təsirləri barədə məlumatlandırılıblar09.04.2026 - 16:15
"Rəqəmsal məktəb"in imkanları: Müəllimlər “Google”un alətlərindən ödənişsiz istifadə edə bilərlər09.04.2026 - 16:05
Prezident təqaüdçüsü TOP universitetlərdən qəbul təklifi aldı09.04.2026 - 16:00
Özbəkistanda “Xolid Said Xojayev” kitabının təqdimatı keçirilib09.04.2026 - 15:50
Müəllimlər üçün təşkil olunan düşərgənin açılış mərasimi keçirilib09.04.2026 - 15:40
Şamaxı məktəblisi şahmat üzrə çempionatda qalib olub09.04.2026 - 15:30
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 15:20
ADNSU və BİNUS Universiteti arasında əməkdaşlıq imkanları müzakirə edilib09.04.2026 - 15:10
Azərbaycan cüdoçuları Avropa çempionatına hazırlığı davam etdirirlər09.04.2026 - 15:00
Cəfər Həsənovun solo konserti - Nağaranın sədası09.04.2026 - 14:49
Şəki Regional Elmi Mərkəzinin əməkdaşları Balakən və Zaqatalada monitorinq aparıblar09.04.2026 - 14:37
Milli Qəhrəman “Məktəbdə...” layihəsinin qonağı olub09.04.2026 - 14:25