BDU məzunu Rusif Həsənli ağır yol qəzasında həlak olub.
“Tehsil365”in məlumatına əsasən, Biləsuvarda baş vermiş ağır yol-nəqliyyat hadisəsi insan tələfatı ilə nəticələnib. Qəza zamanı Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin məzunu Rusif Həsənli qardaşı və üç dostu ilə birlikdə faciəli şəkildə dünyasını dəyişib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Allah rəhmət eləsin.

