Təhsil 365 - Logo Mobile

Ümumi təhsildə keyfiyyətin yüksəldilməsinə dair beynəlxalq konfrans keçirilib

8809.12.2025 - 19:29
Ümumi təhsildə keyfiyyətin yüksəldilməsinə dair beynəlxalq konfrans keçirilib

Dekabrın 9-da Azərbaycan Respublikasının  Təhsil İnstitutunun təşkilatçılığı ilə “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: təcrübələr və yeni yanaşmalar” mövzusunda elmi-praktiki beynəlxalq konfrans keçirilib.

‘‘Tehsil365’’ xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyevin salamlama nitqi ilə başlayıb. Daha sonra elm və təhsil nazirinin müavini Kənan Kərimzadə çıxış edərək dövlətin ümumi təhsildə keyfiyyətin artırılmasındakı rolundan bəhs edib. Nazir müavinin sözlərinə görə, məqsədyönlü və məntiqli şəkildə icra olunan islahatlar Azərbaycan təhsilini yeni və yüksək transformasiya mərhələsinə hazırlayıb. Görülən işlərin nəticəsində 1,3 milyondan çox şagirdin təlim və təhsil şəraiti yaxşılaşdırılıb. Eyni zamanda son illərdə təhsil sistemi üçün vacib olan mühüm strategiyalar və dövlət proqramları qəbul olunub.

Konfransın əsas məruzələri çərçivəsində London Universitet Kollecinin (UCL) təhsil liderliyi və idarəedilməsi üzrə dosenti Dr. Devid Qodfrey “Peşəkar inkişaf və məktəb inkişafı üçün birgə öyrənmə” mövzusunda çıxış edib.  

Daha sonra isə Elnur Əliyev “Metodik dəstək – keyfiyyətin yüksəldilməsi aləti kimi” mövzusunda təqdimatla çıxış edərək  yeni metodik dəstək modelinin mahiyyəti və təhsil müəssisələrində metodik dəstək mexanizmlərinin gücləndirilməsinin əhəmiyyəti barədə danışıb. 

Beynəlxalq ekspert, Məktəb İnspektorluqlarının Daimi Konfransının (SİCİ) inkişaf üzrə rəhbəri Erik De Bou isə  “İnspeksiya prosesində aydın çərçivə və inkişafyönümlü ünsiyyətin məktəb fəaliyyətinin obyektiv dəyərləndirilməsinə və məktəb inkişafına verdiyi töhfə” mövzusunda məruzə təqdim edib. Növbəti məruzəçi məktəb inspeksiyasında akademik rəhbər - Aysel Əzimova “Azərbaycanda məktəb liderliyi praktikalarının formalaşmasında keyfiyyət  monitorinqlərinin rolu“ mövzusunda çıxış edib. 
 
Tədbir yerli və xarici məruzəçilərinin panel müzakirələri və təlimlərlə davam edib. 

Tədbir çərçivəsində “Məktəblərdə keyfiyyət mədəniyyətinin formalaşdırılması” və “Məktəblərdə dayanıqlı və real inkişaf strategiyaları” adlı panel müzakirələr və  “Məktəblərarası əməkdaşlıqda birgə öyrənmə və inkişaf yanaşmaları”, “Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə milli qiymətləndirmə nəticələrindən istifadə” adlı təlimlər keçirilib. Təlimlərdə iştirakçılar interaktiv tapşırıqlar vasitəsilə mövzular üzrə real yanaşmaları müzakirə etmək imkanı əldə ediblər.

Təlim və seminar formatında təşkil olunan bu sessiyalarda iştirakçılar məktəblərarası əməkdaşlıqda birgə öyrənmə, inkişafyönümlü ünsiyyət və motivasiya, eləcə də milli qiymətləndirmə nəticələrindən istifadəyə dair praktik müzakirələr aparıb, interaktiv tapşırıqlar vasitəsilə mövzular üzrə real yanaşmaları müzakirə etmək imkanı əldə ediblər.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd ümumi təhsil sistemində keyfiyyətin artırılması istiqamətində həyata keçirilən islahatların, beynəlxalq təcrübələrin və yeni yanaşmaların müzakirəsi, həmçinin məktəb liderləri, inspektorlar və təhsil mütəxəssisləri arasında peşəkar dialoqun gücləndirilməsi olub.

Səma Qarayeva

Xəbər Lenti

Bakıda “Turan Balabilgə Akademiyası” təsis olunub09.12.2025 - 19:56
GDU “Yenilikçi və inkişaf mükafatı”na layiq görülüb09.12.2025 - 19:49
ADU-nun rektoruna Kişineu Pedaqoji Universitetinin ali mükafatı təqdim olunub09.12.2025 - 19:44
Nazirliklər arasında əməkdaşlıq müzakirə olunub09.12.2025 - 19:26
ADU TGT üzvləri III Beynəlxalq Konfransda fəal iştirak ediblər09.12.2025 - 19:15
“Birinci Türkoloji Qurultayın 100 illiyi: əlifba məsələləri” - ADPU-da elmi seminar09.12.2025 - 19:14
AMEA və Yunus Əmrə İnstitutunun əməkdaşlığı elmi birliyiə mühüm töhfə verir09.12.2025 - 18:58
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib09.12.2025 - 18:46
Biləsuvarda dəhşətli qəza — BDU məzunu həyatını itirdi09.12.2025 - 18:32
Yeni “Radio jurnalistikası” dərsliyi işıq üzü gördü09.12.2025 - 18:17
“Keyfiyyət elçiləri” klubu ilk iclasını keçirərək rəsmi fəaliyyətə başlayıb09.12.2025 - 18:00
Cenevrədə Azərbaycanın milli musiqiləri təqdim olunub09.12.2025 - 17:45
Qusar məktəbliləri badminton yarışının qalibi olub09.12.2025 - 17:35
Məşhur Britaniya məktəbi Bankokda filial açır09.12.2025 - 17:20
İlqar Əliyev memarlıq üzrə fəlsəfə doktoru dərəcəsi alıb09.12.2025 - 17:15
BMU ilə “Turan Volts Energy” arasında memorandum imzalanıb09.12.2025 - 17:05
Ulu öndərin anım günü münasibətilə ekskursiyalara start verilib09.12.2025 - 17:00
AzMİU tələbəsinin startapı beynəlxalq proqramın ilk yeddiliyinə düşdü09.12.2025 - 16:45
Cəmilə Ağamalıyeva fəlsəfə doktoru elmi dərəcəsi alıb09.12.2025 - 16:30
“Region ölkələrinin tolerantlıq təcrübələri və yanaşmaları” mövzusunda tələbə konfransı keçirilib09.12.2025 - 16:15
ADU-nun əməkdaşları Mingəçevirdə keçirilən III Beynəlxalq Konfransda iştirak ediblər09.12.2025 - 16:00
“Bodenştedt oğrudurmu, doğrudurmu?” kitabı ətrafında müzakirə keçirilib09.12.2025 - 15:45
“Ədəbiyyatşünaslıqda sosioloji metod” mövzusunda elmi seminar keçirilib09.12.2025 - 15:15
Kamal Abdullaya Kişinyov Pedaqoji Universitetinin fəxri doktoru adı və ali mükafatı təqdim olunub09.12.2025 - 15:00
Hindistanda yeni dərslikləri terrorizm və Çinlə bağlı məzmunlarla nəşr edilib09.12.2025 - 13:57
Esseksdə məktəb rəhbərliyi dəyişdikdən sonra valideynlər narazılıq bildirir09.12.2025 - 13:44
Şəxsi tapşırıqların gözlənilməz təsirləri gözlənilməz nəticələrə səbəb ola bilər09.12.2025 - 13:31
İngiltərədə məktəblərdə dörd günlük tədris həftəsinə maraq artır09.12.2025 - 13:18
Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevi Bratislavada səmimiyyətlə qarşıladı09.12.2025 - 13:05
Bakıda “Ümumi təhsildə keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçirilir09.12.2025 - 12:52
General-mayor Kris MakKininin Azərbaycana səfəri ikitərəfli müdafiə əməkdaşlığını möhkəmləndirib09.12.2025 - 12:39
ABŞ-ın Bakıdakı Səfirliyi və Azərbaycan Dövlət Dəniz Akademiyası arasında əməkdaşlıq müzakirə olunub09.12.2025 - 12:26
Astara şəhərində Osman Sarıvəllinin 120 illiyi qeyd olundu09.12.2025 - 12:13
"Azərbaycanın tarixində Fətəli xan Xoyskinin rolu” adlı konfrans keçirilib 09.12.2025 - 12:00
ADAU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyi qeyd olunub09.12.2025 - 11:55
Azərbaycan və Pakistanın kimyaçı-alimləri birgə tədqiqat aparıblar09.12.2025 - 11:50
Paytaxt məktəblərində elektron jurnallar tətbiq olunur09.12.2025 - 11:40
"Ənənəvi sistem dəyişir, əsas hədəf davamlı inkişafdır"09.12.2025 - 11:30
AMEA rəhbəri Çin Elm və Texnologiya direktoru ilə görüşüb09.12.2025 - 11:10
"İslam dünyasında süni intellekt indeksinin təqdimatı" adlı konfrans keçirilib 09.12.2025 - 11:10
"Xəstəlikləri aşkara çıxaran süni intellekt tətbiqlərinə patentlər verilməlidir"09.12.2025 - 11:00
Yaqub Mahmudovun yetirmələrinin sayı 80-ə çatdı09.12.2025 - 11:00
"Azərbaycanda ən çox özbək tələbə Bakı Ali Neft Məktəbində təhsil alır"09.12.2025 - 10:50
“Ədəbiyyatşünaslıqda sosioloji metod” mövzusunda elmi seminar keçirilib09.12.2025 - 10:44
ADNSU “Green Metric 2025” reytinqində ciddi irəliləyiş əldə edib09.12.2025 - 10:35
“Region ölkələrinin tolerantlıq təcrübələri və yanaşmaları” mövzusunda tələbə konfransı keçirilib09.12.2025 - 10:32
KİM-də Bəxtiyar Vahabzadənin yubileyi münasibətilə sərgi09.12.2025 - 10:28