Dövlət Gömrük Komitəsi tərəfindən biznes nümayəndələri ilə əməkdaşlığın genişləndirilməsi və gömrük sahəsində həyata keçirilən yeniliklərin ictimaiyyətə çatdırılması məqsədilə hər il təşkil olunan ənənəvi “Gömrük-Biznes Forumu” bu il də keçirilir.
“Tehsil365” Teleqraf-a istinadən xəbər verir ki, “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” çərçivəsində gömrük işi sahəsində tətbiq olunan rəqəmsal alətlərin təqdimatı, eləcə də xarici ticarət əməliyyatlarının tənzimlənməsi və sadələşdirilməsi istiqamətində gömrük orqanları ilə aidiyyəti qurumların birgə həyata keçirdiyi layihələr müzakirə olunacaq.
Həmçinin forumda dövlət qurumlarının nümayəndələri, xarici ticarət iştirakçıları, ekspertlər və tərəfdaşlarla birlikdə gömrük prosedurları və əməliyyatları üzrə fikir mübadiləsi aparılması planlaşdırılır.

