Təhsil 365 - Logo Mobile

ADNSU “AICC CASPIAN 2025”də iştirak edir

10210.12.2025 - 05:58
ADNSU “AICC CASPIAN 2025”də iştirak edir

Dekabrın 9-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ev sahibliyi ilə Aktivlərin Bütövlüyü, Koroziya və Örtüklər Konfransı və Sərgisi (AICC CASPIAN 2025) öz işinə başlayıb.

“Tehsil365” xəbər verir ki, üç gün davam edəcək konfransda 14 ölkədən sahə üzrə dünya liderləri, şirkət rəhbərləri və texnoloji bütövlüyün idarə olunması ilə bağlı mütəxəssislər bir araya gəlib.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də təhsil və tədqiqat tərəfdaşı kimi konfransda iştirak edir. Açılış mərasimində iştirak edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov konfransın təhsil tərəfdaşı kimi mükafata layiq görülüb.

Konfrans çərçivəsində ADNSU-nun rektoru dosent Rüfət Əzizov “Hasilat üzrə bütövlüyün idarə edilməsi: Neft və qaz sektorunda inkişaf edən strategiyalar üzrə empirik tədqiqatın nəticələri” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında Xəzər dənizi hövzələrində texnoloji bütövlüyün idarə olunması ilə bağlı 6 ay ərzində 108 mütəxəssisin iştirakı ilə aparılan tədqiqatın nəticələrini təqdim edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Konfransın ilk günündə “Rəqəmsal innovasiya vasitəsilə boru kəmərinin bütövlüyünün artırılması” mövzusunda keçirilən panel müzakirələr ADNSU-nun Elektrik-elektronika və sənaye mühəndisliyi üzrə proqram rəhbəri Mahmud İsmayılovun moderatorluğu ilə aparılıb.

ADNSU konfrans çərçivəsində təşkil olunan sərgidə də öz stendi ilə təmsil olunur. Burada universitetin fəaliyyətini əks etdirən çap materialları, Azərbaycan və ingilis dillərində hazırlanmış broşürlər, neft və sənaye sahəsinə dair kitablar, eləcə də universitetə aid müxtəlif məhsullar nümayiş etdirilir. Sərgi ziyarətçilərinə ADNSU haqqında ətraflı məlumat təqdim olunur.

Qeyd edək ki, üç gün davam edəcək aparıcı sənaye tədbiri aktivlərin bütövlüyü, koroziyanın idarə edilməsi və qoruyucu örtüklər sahəsində ən son yenilikləri, mövcud çağırışları və ən yaxşı təcrübələri müzakirə etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən ekspertləri, texnologiya liderlərini və yüksək səviyyəli rəhbərləri bir araya gətirib. Tədbirdə müasir innovasiyalarla yanaşı, uzun illər sınaqdan keçmiş ən yaxşı təcrübələr də nümayiş olunur. Konfransda 500-dən çox nümayəndə, 50-dən çox ekspert-məruzəçi və 35-dən çox sərgi iştirakçısı təmsil olunur.

Nərmin Süleymanlı

Xəbər Lenti

Heydər Əliyev Mərkəzində elmi-praktik forumun açılışı olub10.12.2025 - 10:40
"Müasir çağırışlara cavab verəcək qanunvericilik bazası formalaşdırılmalıdır"10.12.2025 - 10:30
“Energy Talks” layihəsi çərçivəsində SDU-da seminar keçirilib10.12.2025 - 10:20
İncəsənət Kollecində “Bir əsrdən artıq yol” adlı sərgi açılıb10.12.2025 - 10:10
Neft və Sənaye Universiteti “AICC CASPIAN 2025”də təhsil tərəfdaşı kimi iştirak edib10.12.2025 - 10:00
"Poeziya Xəzrisi" adlı qiraət müsabiqəsi mükafatlandırılma mərasimi keçiriləcək10.12.2025 - 09:50
ADAU-da Tələbə Gənclər Təşkilatının nümayəndələri ilə görüş keçirilib 10.12.2025 - 09:40
Qazaxıstanın maarif nazirinin müavini ilə görüş keçirilib10.12.2025 - 09:30
UNEC-də Akademik inkişaf və innovativ tədris proqramının tətbiqinə start verilib10.12.2025 - 09:20
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək10.12.2025 - 09:10
Ali Məhkəmə kitab qadağası ilə bağlı iddianı rədd etdi10.12.2025 - 08:59
Tramp administrasiyası Baydenin tələbə krediti proqramına son qoymaq üçün razılaşma əldə etdi10.12.2025 - 08:46
Məktəb nəzarətçilərini bu il ən çox narahat edən məsələ maliyyədir10.12.2025 - 08:33
Linda McMahon mülki hüquqlar bərabərsizliyini azaltmaq üçün Təhsil Departamentinə dəstək göstərişləri verib10.12.2025 - 08:20
Yeni mərkəzlər "təcrid olunmuş" nəslə ümid verəcək10.12.2025 - 08:07
Alma sirkəsinin faydaları10.12.2025 - 07:56
Mossbourne Victoria Park Akademiyasında intizamın qaranlıq tərəfi10.12.2025 - 07:54
Özbəkistanda xarici universitetlərin sayı 30-a çatıb10.12.2025 - 07:45
Deputatlar məktəb nəqliyyatı ilə bağlı ciddi problemləri müzakirə etdilər10.12.2025 - 07:41
ABŞ universitetindən evsiz tələbələr üçün unikal təşəbbüs: "Təhlükəsiz Parkinq Proqramı"10.12.2025 - 07:28
Günəşdə 2 güclü partlayış oldu10.12.2025 - 07:25
Qrip hallarının artması məktəblərdə fasilələrə səbəb olur10.12.2025 - 07:15
Azərbaycanla Özbəkistanın birgə istehsalı olan filmin premyerası oldu 10.12.2025 - 07:14
İncəsənət məktəblərində rəqəmsal inqilab: TMAİS istifadəyə verildi10.12.2025 - 07:08
MDU beynəlxalq reytinqdə TOP10-da yer alıb10.12.2025 - 07:04
Sərt intizam mədəniyyəti bəzi şagirdlərə zərər vurur — İcmal nəticələri narahatlıq doğurur10.12.2025 - 07:02
Qığırdaq və sümükləri “gəncləşdirən” dərman tapıldı - Elm dünyasında inqilab10.12.2025 - 06:53
Şəhid Hüseynov Şahidın doğum günü10.12.2025 - 06:49
Bakıda “Gömrük-Biznes Forumu 2025” keçirilir10.12.2025 - 06:47
İncəsənət məktəblərində yeni sistem: Valideynlər övladlarının dərsə davamiyyətini və fənn nəticələrini izləyə biləcəklər10.12.2025 - 06:40
Azərbaycan hərbi qulluqçusu Həsənqulu Qasımovun vəfatının ildönümü10.12.2025 - 06:36
"Euronews" saytında Türkdilli ölkələrlə bağlı məqalə DƏRC OLUNDU10.12.2025 - 06:32
Gənclər Kitabxanasında Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar virtual kitab sərgisi hazırlanıb10.12.2025 - 06:30
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun xatirəsi ehtiramla anılır10.12.2025 - 06:23
Mədəniyyət və hüququ birləşdirən ilk Forum: Müasir çağırışlara yeni baxış10.12.2025 - 06:22
Kimlərə nar yemək olmaz – Təhlükə10.12.2025 - 06:16
Polkovnik Elçin Nəbiyev xatırlanır — Vətənə sədaqətli xidmət nümunəsi10.12.2025 - 06:10
Birləşmiş Millətlər Təşkilatı — İnsan Hüquqları Günü10.12.2025 - 05:57
Emin Əmrullayev, Anar, İsa Həbibbəyli parlamentə gəldi10.12.2025 - 05:55
Süni intellekt qaz qıtlığına səbəb olacaq10.12.2025 - 05:45
Bakıda Qələbə paradı: 10 dekabr 2020-ci il Azərbaycanın tarixi zəfəri anıldı10.12.2025 - 05:44
Bakıda “Azerbaijan Fashion Week”in 19-cu mövsümü keçirilib10.12.2025 - 05:34
2002-ci il, 10 Dekabr — Bakıda Nizami metrostansiyasının açılışı gerçəkləşib10.12.2025 - 05:31
“Alibaba” süni intellektli eynəklər təqdim edib10.12.2025 - 05:30
7 şagird dönərdən zəhərlənib10.12.2025 - 05:22
Azərbaycanın əməkdar artisti Müxlis Cənizadənin xatirəsi anılır10.12.2025 - 05:18
Süni intellekt bütün dünyada uşaqların təhsilini, oyunlarını və psixologiyasını necə dəyişdirir10.12.2025 - 05:15