ABŞ Təhsil Departamenti bildirib ki, Tramp administrasiyası dövründə başlanan hüquqi proses nəticəsində Prezident Co Baydenin tələbə kreditlərinin ödənilməsinə dair əsas təşəbbüslərindən biri olan “Dəyərli Təhsilə Qənaət” (SAVE) planının dayandırılması üçün Missuri ştatı ilə razılıq əldə olunub.
“Tehsil365” xəbər verir ki, Sözügedən razılaşma, Baydenin tələbə borclarını yüngülləşdirməyə yönəlmiş səylərinə zərbə kimi qiymətləndirilir. SAVE planı kredit ödəmələrini gəlirlə əlaqələndirərək, milyonlarla amerikalıya maliyyə baxımından dəstək verməyi nəzərdə tuturdu.
Razılaşmanın icrası halında, plan ləğv edilə bilər və bu da tələbələr üçün əlavə maliyyə yükü yarada bilər. Təhsil Departamenti məsələ ilə bağlı daha ətraflı hüquqi qiymətləndirmə və tədbirlər üzərində işlədiyini bildirib.

