ABŞ Ali Məhkəməsi kitabların qadağan olunması ilə bağlı açılmış işi baxılmamış saxlayaraq rədd etdi.
“Tehsil365” xəbər verir ki, Bu qərar, son dörd onillikdə kitab qadağaları ilə bağlı Ali Məhkəməyə çıxarılmış ilk iş ola bilərdi.
Məsələ, ölkənin müxtəlif ştatlarında məktəb və kitabxanalarda baş verən kitab senzurası dalğasının bir hissəsi kimi qiymətləndirilir. İddiaçılar, bəzi əsərlərin təhsil müəssisələrindən çıxarılmasının ifadə azadlığına və təhsil hüquqlarına zidd olduğunu iddia edirdilər.
Ali Məhkəmənin bu işi qəbul etməməsi bu mövzuda hüquqi mübarizənin aşağı instansiya məhkəmələrində davam edəcəyini göstərir. Ekspertlər hesab edirlər ki, bu məsələ gələcəkdə də ölkənin müxtəlif bölgələrində ictimai və hüquqi müzakirələrə səbəb olacaq.

