Dekabrın 9-da elm və təhsil nazirinin müavini Həsən Həsənli Qazaxıstan Respublikasının maarif nazirinin müavini Assylbek Akhmetzhanov ilə görüşüb.
“Tehsil365” xəbər verir ki, görüş çərçivəsində iki ölkə arasında ümumi təhsil, STEAM, o cümlədən rəqəmsal təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

