Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) sədri Rəşad Zeynalov və rəhbərlik nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanovla görüşüb.
“Tehsil365” xəbər verir ki, Zəfər Qurbanov görüşdə gənclərin ideyalarının, enerjisi və yaradıcılığının Aqrar Universitetin inkişafına mühüm töhfə verdiyini vuğulayıb. Rektor deyib ki, universitetdə gənclərin təşəbbüslərini dəstəkləmək, onların sosial və akademik fəallığını artırmaq əsas prioritetlərdəndir. Xüsusilə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən gənclər siyasətindən danışan rektor, ATGTİ ilə ali təhsil müəssisəsinin sıx əməkdaşlığına da diqqət çəkib.
Rəşad Zeynalov ADAU rəhbərliyinin gənclərin inkişafına göstərdiyi diqqət və dəstəyi xüsusi vurğulayaraq, Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin ölkənin ictimai-siyasi və sosial həyatında fəal olduqlarını bildirib.
Sonda Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanova “Yenilikçi və inkişaf mükafatı” təqdim edilib.

