Təhsil 365 - Logo Mobile

Neft və Sənaye Universiteti “AICC CASPIAN 2025”də təhsil tərəfdaşı kimi iştirak edib

10510.12.2025 - 10:00
Neft və Sənaye Universiteti “AICC CASPIAN 2025”də təhsil tərəfdaşı kimi iştirak edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ev sahibliyi ilə Aktivlərin Bütövlüyü, Korroziya və Örtüklər Konfransı və Sərgisi (AICC CASPIAN 2025) öz işinə başlayıb.

Üç gün davam edəcək konfransda 14 ölkədən sahə üzrə dünya liderləri, şirkət rəhbərləri və texnoloji bütövlüyün idarə olunması ilə bağlı mütəxəssislər bir araya gəlib.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) də təhsil və tədqiqat tərəfdaşı kimi konfransda iştirak edir.

“Tehsil365” xəbər verir ki, rektor, dosent Rüfət Əzizov konfransın təhsil tərəfdaşı kimi mükafata layiq görülüb.

Konfrans çərçivəsində rektor Rüfət Əzizov “Hasilat üzrə bütövlüyün idarə edilməsi: neft və qaz sektorunda inkişaf edən strategiyalar üzrə empirik tədqiqatın nəticələri” mövzusunda təqdimatla çıxış edib. Rektor çıxışında Xəzər dənizi hövzələrində texnoloji bütövlüyün idarə olunması ilə bağlı 6 ay ərzində 108 mütəxəssisin iştirakı ilə aparılan tədqiqatın nəticələrini təqdim edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Konfransın ilk günündə “Rəqəmsal innovasiya vasitəsilə boru kəmərinin bütövlüyünün artırılması” mövzusunda keçirilən panel müzakirələr ADNSU-nun Elektrik-elektronika və sənaye mühəndisliyi üzrə proqram rəhbəri Mahmud İsmayılovun moderatorluğu ilə aparılıb.

ADNSU konfrans çərçivəsində təşkil olunan sərgidə də öz stendi ilə təmsil olunur. Burada universitetin fəaliyyətini əks etdirən çap materialları, Azərbaycan və ingilis dillərində hazırlanmış broşürlər, neft və sənaye sahəsinə dair kitablar, eləcə də universitetə aid müxtəlif məhsullar nümayiş etdirilir. Sərgi ziyarətçilərinə ADNSU haqqında ətraflı məlumat təqdim olunur.

Üç gün davam edəcək aparıcı sənaye tədbiri aktivlərin bütövlüyü, korroziyanın idarə edilməsi və qoruyucu örtüklər sahəsində ən son yenilikləri, mövcud çağırışları və ən yaxşı təcrübələri müzakirə etmək məqsədilə dünyanın müxtəlif ölkələrindən ekspertləri, texnologiya liderlərini və yüksəksəviyyəli rəhbərləri bir araya gətirib.

Tədbirdə müasir innovasiyalarla yanaşı, uzun illər sınaqdan keçmiş ən yaxşı təcrübələr də nümayiş olunur. Konfransda 500-dən çox nümayəndə, 50-dən çox ekspert-məruzəçi və 35-dən çox sərgi iştirakçısı təmsil olunur.

Nərgiz Süleymanova

Xəbər Lenti

AzMİU-da yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi11.12.2025 - 13:59
BMU-da Ulu Öndərin anım günü ilə bağlı tədbirlər keçirilib11.12.2025 - 13:47
ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvlərinin görüşü keçirilib11.12.2025 - 13:45
Qaxda uşaq bağçasında yanğın olub11.12.2025 - 13:35
Aşqarlar Kimyası İnstitutunun 60 illiyi ilə bağlı kitab nəşr olunub11.12.2025 - 13:33
Azıx mağarasında təhlil üçün 300-dən çox nümunə götürülüb11.12.2025 - 13:20
Xalq yaddaşında yaşayan Ulu Öndər Heydər Əliyev11.12.2025 - 13:10
AMEA Rəyasət Heyətinin iclası keçirilib - FOTO11.12.2025 - 12:59
ADNSU “Take Off İstanbul”da Azərbaycanı təmsil edib - FOTO11.12.2025 - 12:49
“Azərbaycanda memarlıq təhsilinin dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib - FOTO11.12.2025 - 12:30
Bakıda 8 şagird saqqızdan zəhərlənib?11.12.2025 - 12:26
İncəsənət Gimnaziyasının yenilənmiş layihə üzrə əsaslı təmir-bərpa işləri davam edir11.12.2025 - 12:20
“Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən - İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib - FOTOLAR11.12.2025 - 12:09
“Azərbaycanın neft sənayesinin inkişafında alimlərin və diplomatiyanın rolu” - elmi seminar - FOTO11.12.2025 - 11:57
UNESCO-da memar Əcəmi Naxçıvani haqqında kitab təqdim ediləcək11.12.2025 - 11:46
Taksi sürücüsü olmaq istəyənlər üçün imtahana qeydiyyat başlanıb11.12.2025 - 11:35
ADU-nun Konfutsi İnstitutunda Çinə dair mədəni-tarixi seminar keçirilib11.12.2025 - 11:23
Kanada akademik kadr cəlbi üçün 1.2 milyard dollar ayırdı11.12.2025 - 11:12
AMEA-nın Şəki Regional Elmi Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib - FOTO11.12.2025 - 11:05
BDU-da “Heydər Əliyev mühazirələri”nin növbəti görüşü olub - FOTO11.12.2025 - 10:59
UNESCO-nun beynəlxalq jurnalında Bakının memarlıq irsi ilə bağlı məqalə dərc olunub11.12.2025 - 10:48
UNESCO böhran zonalarında ali təhsilin qorunmasına çağırıb11.12.2025 - 10:37
Növbəti “Yüksəliş” müsabiqəsinin qeydiyyat tarixi ictimaiyyətə tezliklə açıqlanacaq11.12.2025 - 10:25
Azərbaycan Universitetində XII Daxili Şahmat Turniri keçirilib - FOTO11.12.2025 - 10:12
Western Sydney University Hindistanda yeni kampus açacaq11.12.2025 - 10:02
Cusat Universiteti xarici tələbə qəbulunu artırır11.12.2025 - 09:33
XİN gənclər üçün yeni layihə elan edib11.12.2025 - 09:11
Akademiklər elit universitetlərin tələbələrinə cavab verməyə daha meyillidirlər11.12.2025 - 08:59
Son dəqiqə REF dəyişiklikləri narahatlıq doğurur: “İşlərin kursdan nə qədər uzaqlaşdığını göstərir”11.12.2025 - 08:46
Məktəblər uşaqlar üçün təhlükəsiz sığınacağa çevrilir11.12.2025 - 08:33
İngiltərədə bəzi GCSE və A səviyyəli imtahanlar 2030-cu ilə qədər noutbuklar üzərindən keçirilə bilər11.12.2025 - 08:20
Böyük Britaniyada Tori hökumətləri pulsuz məktəblərə 325 milyon funt israf edib11.12.2025 - 08:07
Azərbaycan dilinin tədris saatı artırılacaq11.12.2025 - 07:58
Böyük Britaniyada qrip epidemiyası səbəbindən məktəblər bağlanır11.12.2025 - 07:54
Trampın immiqrasiyaya qarşı sərt tədbirləri uşaq baxımı işçilərinə böyük zərbə vurur11.12.2025 - 07:41
Müəllimlərin vakansiya seçimində yenilik gözlənilir11.12.2025 - 07:38
Ozark Dağlarında Şəhərin Ətraf Mühitlə Mübarizəsi: "Xırtıldayan. Funky. Bir növ qranola, hippi mühiti"11.12.2025 - 07:28
Repetitorluq ləğv olunsa, təhsildə nə baş verər-Açıqlama11.12.2025 - 07:15
Texasda professorların silahlandırılması və tədris məhdudiyyətləri11.12.2025 - 07:15
Xarici diplomların tanınması bu tarixədək dayandırılacaq11.12.2025 - 07:13
"Azərbaycanın Zəfəri” Peyki uğurla orbitə buraxıldı11.12.2025 - 07:02
Fulbright Visiting Scholar Programı üzrə 2026-2027-ci il üçün müraciətlər qəbul olunur11.12.2025 - 06:49
Qəbul imtahanında yenilik: nəticəyə bal deyil, məqbul yazılacaq - DİM11.12.2025 - 06:48
Astara şəhərində "BilBacar" müsabiqəsi keçirildi11.12.2025 - 06:36
Astara şəhəri 4 nömrəli tam orta məktəbin IV sinif şagirdləri Heydər Əliyev Mərkəzində oldu11.12.2025 - 06:23
Qonşuda ali məktəblərdə təhsil müddəti qısaldıldı11.12.2025 - 06:23
Müəllimlərin inkişafı üçün yeni portal yaradılıb11.12.2025 - 06:16
Viskonsin Dövlət Universitetləri dərəcə proqramlarını daha sürətli təqdim etməyə hazırlanır11.12.2025 - 06:10