Azərbaycan mədəniyyətinin qlobal baxışda qorunması və təqdim olunması istiqamətində qanun layihələri hazırlanır.
“Tehsil365” xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Səadət Yusifova Bakıda keçirilən “Mədəniyyət və Hüquq: Müasir çağırışlar” adlı forum çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O,bildirib ki, sözügedən istiqamətdə konseptual işlərə başlanılıb: “Hazırda qanunvericilik layihələri hazırlanır. Həmçinin son iki ildə Mədəniyyət Nazirliyi müxtəlif qanun layihələri ilə çıxış edib. Bu, beynəlxalq səpkidə milli irsimizin qorunmasının bariz nümunəsidir. Təbii ki, köklü islahatlar üçün müasir çağırışlara cavab verəcək qanunvericilik bazası formalaşdırılmalıdır”.

