Süni intellekt hələ ki, təhsil sahəsini əvəzləyə bilmir.
Bu fikri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.O, bildirib ki:
“Süni intellektin hər bir sahə üzrə artıq tətbiqinə başlanılıb.Düşünürəm ki, bu gediş ilə elmə,təhsilə də təsiri olacaq, amma hələki süni intellekt insanı, təhsil sahəsini əvəz edə bilmir. Elmə, təhsilə süni intellektin inteqrasiyasının çətin olacağını güman edirəm. Ola bilər ki, zaman keçdikcə digər sahələrdə olduğu kimi, təhsil sahəsinə də təsir edə bilər. Hələ ki, süni intellekt bu sahəni əvəz etməyi bacarmır, yəni təhsili süni intellektin öhtəliyinə buraxmaq olmaz”.

