Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin əcnəbi tələbəsi Jean-Lucien Fouf-Kagna Grebaye dekabrın 7-də “Huawei” şirkətinin təşkilatçılığı, UNESCO-nun Qlobal Bacarıqlar Akademiyasının tərəfdaşlığı ilə ali məktəb tələbələri üçün “Huawei İKT Müsabiqəsi 2025-2026”nın “Şəbəkə istiqaməti” üzrə milli imtahan mərhələsinin finalına vəsiqə qazanıb.
“Tehsil365” xəbər verir ki,BDU-nun tələbəsi bu mərhələni uğura başa vurduğu təqdirdə milli imtahanda Azərbaycandan seçilən üç tələbədən biri olaraq dekabrın 23-də ölkəmizi müsabiqənin Yaxın Şərq və Mərkəzi Asiya üzrə regional mərhələsində təmsil edə biləcək.

