Təhsil 365 - Logo Mobile

Nazirlik rəsmisi: "Mədəniyyət sahəsində hüquqi çərçivədə və sistemdə problemlər var"

10510.12.2025 - 14:45
Nazirlik rəsmisi: "Mədəniyyət sahəsində hüquqi çərçivədə və sistemdə problemlər var"

"Mədəniyyət sahəsində hüquqi çərçivədə və sistemdə problemlər mövcuddur".

“Tehsil365” xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin hüquq şöbəsinin müdiri Gülər Mikayılova "Mədəniyyət və hüquq: Müasir Çağırışlar Forumu" çərçivəsində baş tutan "Azərbaycan Respublikası Konstitusiyası və Mədəniyyət Dəyərlərimiz" adlı panel müzakirədə çıxışı zamanı deyib.

O bildirib ki, ölkəmizin mədəniyyət sahəsinin hüquqi əsası Konstitusiyanın 40-cı maddəsi ilə müəyyən edilir və geniş sahə qanunları ilə tamamlanır:

"Bu qanunlar mədəni irs, muzey, kitabxana, kinematoqrafiya, teatr, nəşriyyat işi və digər istiqamətləri əhatə edir. Bununla belə sahənin hüquqi tənzimlənməsində bir sıra ciddi problemlər öz aktuallığını qorumaqdadır. Məsələn, qanunların əksəriyyəti 20-25 il əvvəl qəbul edilib və müasir çağırışları tam əks etdirmir. "Tarixi və mədəniyyət abidələrinin qorunması haqqında", "Kinematoqrafiya haqqında" və "Kitabxana işi haqqında" qanunlar 1998-ci ildə qəbul ediliblər, zamanın tələbləri ilə uzlaşmırlar. Həmçinin mövcud qanunvericilikdə müxtəlif sahələr üzrə paralel tənzimləmə normaları pərakəndəlik yaradır. Nümunə üçün "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında", "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Muzeylər haqqında" qanunlarda folklor, xalça sənəti, muzey fəaliyyəti ayrı-ayrılıqda tənzimlənir. Bu münasibətlərin müxtəlif normativ hüquqi aktlar üzrə bölünməsi mədəniyyət sahəsində hüquqi tənzimləmənin pərakəndə və sistemsiz xarakter almasına səbəb olur".

Nazirlik rəsmisi vurğulayıb ki, bir çox normativ aktların icrası üçün alt-mexanizmlər və icra standartları yetərincə dəqiq müəyyən edilməyib:

"Həmçinin "Teatr və teatr fəaliyyəti haqqında" Qanunun konseptual müddəaları mövcud praktika ilə tam uzlaşmır. Belə ki, qanunda teatr sahəsində prodüser fəaliyyətinə dair tələblər nəzərdə tutulsa da, "Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin vahid tarif-ixtisas sorğu kitabçası"nda prodüser vəzifəsi ümumiyyətlə göstərilməyib. Bu, hüquqi idarəetmə və əməyin normativ təsnifatı arasında uyğunsuzluq yaradır. Bu boşluqlar tənzimləmənin effektivliyinə birbaşa təsir göstərir və sözügedən sahədə idarəetmənin səmərəsini azaldır".

Elnarə Həmidli

Xəbər Lenti

Aleksandr Kalyaninovun xatirəsi anılır – Azərbaycanın Milli Qəhrəmanı11.12.2025 - 05:05
Milli Qəhrəman Elşad Əhədovun anım günü qeyd olunur11.12.2025 - 04:52
Əbdürrəhim bəy Haqverdiyevin vəfatının ildönümüdür11.12.2025 - 04:39
11 dekabr 1946 — UNICEF-in təsis olunduğu gün11.12.2025 - 04:26
11 dekabr — Birləşmiş Millətlər Təşkilatının Dağlar Günüdür11.12.2025 - 04:13
Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən oldu11.12.2025 - 04:00
"Tağıyev: Neft" bədii filmi ABŞ-də təqdim edilib10.12.2025 - 18:00
Attestasiyadan keçə bilməyən müəllimlərinin müsabiqə nəticələri açıqlandı10.12.2025 - 17:50
Tələbələr arxeologiya sahəsində son yeniliklərlə tanış olublar10.12.2025 - 17:35
AzMİU-da Elektron Kitabxananın yeni oxu zalı istifadəyə verildi10.12.2025 - 17:20
“Günay” uşaq teatrı “Arşın mal alan” tamaşasını nümayiş etdirib10.12.2025 - 17:15
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb10.12.2025 - 17:05
Azərbaycanda "Rəqəmsal həllər və xidmətlər platforması" yaradılacaq10.12.2025 - 17:00
Azərbaycanda "Yeni Nəsil Texnologiyalar Mərkəzi" yaradılacaq10.12.2025 - 16:45
ADU-nun müəllimi beynəlxalq sertifikatlara layiq görülüb10.12.2025 - 16:30
ADU müəllimi iqlim dəyişmələri və gender bərabərliyi mövzusunda təlim keçirib10.12.2025 - 16:15
Tələbələr Meksikanın Azərbaycandakı Səfirliyində keçirilən tədbirdə iştirak ediblər10.12.2025 - 16:00
Çin ilk dəfə olaraq rəsmi satınalma siyahısına süni intellekt çiplərini əlavə edib10.12.2025 - 15:45
Bakıda "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" adlı forum keçirilib10.12.2025 - 15:30
"Tağıyev: Neft" bədii filminin ABŞ-də təqdimatı baş tutub10.12.2025 - 15:15
“Köhnə metod yorur, interaktiv dərs sevdirir.”10.12.2025 - 15:03
Attestasiyadan kəsilən musiqi müəllimləri üçün müsabiqənin nəticələri elan olundu10.12.2025 - 15:00
"WhatsApp"a çoxdan gözlənilən funksiya gəldi - Həmin mesajları oxumaq olacaq10.12.2025 - 14:30
Təbii balın möcüzəvi faydaları bunlardır10.12.2025 - 14:15
Çində 200 milyon illik dinozavr izləri aşkarlandı10.12.2025 - 14:00
Dünyanın ən yaxşı 100 mətbəxi acılandı10.12.2025 - 13:45
Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir10.12.2025 - 13:30
Alimlər məşqi asanlaşdırmaq üçün "beyni aldatmağın" yolunu tapdıla10.12.2025 - 13:15
Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi10.12.2025 - 13:00
İbtidai sinif üçün vəsaitdə TÜKÜRPƏDƏN TAPŞIRIQ: "Atam həyətdə adam doğrayır"10.12.2025 - 12:46
Göz sağlamlığı üçün faydalı təbii qidalar10.12.2025 - 12:30
"Report"un əməkdaşı Ombudsmanın elan etdiyi yazı müsabiqəsində qalib olub10.12.2025 - 12:15
Azərbaycanda Kulturoloji Akademiyanın yaradılması təklif edilib10.12.2025 - 12:00
Bu ölkədə gələn il tələbə təqaüdləri artırılır10.12.2025 - 11:50
Azərbaycan Milli Konservatoriyasında Ümummilli Liderin xatirəsi anılıb10.12.2025 - 11:45
STEAM mərkəzlərində vakansiyalar elan olunub10.12.2025 - 11:40
Panel sessiya: Mədəniyyət və Hüquq10.12.2025 - 11:35
BDU tələbəsi “Huawei İKT Müsabiqəsi”ə vəsiqə qazanıb10.12.2025 - 11:30
GDU-da “Yeni bir fikrim var 2” müsabiqəsinin final mərhələsi keçirilib10.12.2025 - 11:20
BMU TGT-yə yeni sədr seçilib10.12.2025 - 11:10
BDU kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib10.12.2025 - 11:00
Süni intellekt təhsili əvəz etməyi bacaracaqmı?10.12.2025 - 10:50
Heydər Əliyev Mərkəzində elmi-praktik forumun açılışı olub10.12.2025 - 10:40
"Müasir çağırışlara cavab verəcək qanunvericilik bazası formalaşdırılmalıdır"10.12.2025 - 10:30
“Energy Talks” layihəsi çərçivəsində SDU-da seminar keçirilib10.12.2025 - 10:20
İncəsənət Kollecində “Bir əsrdən artıq yol” adlı sərgi açılıb10.12.2025 - 10:10
Neft və Sənaye Universiteti “AICC CASPIAN 2025”də təhsil tərəfdaşı kimi iştirak edib10.12.2025 - 10:00