Noyabrın 9-daAzərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinin ispan dili ixtisası üzrə təhsil alan tələbələri İspan dili Mərkəzinin rəhbəri Nərgiz Mədatovanın rəhbərliyi ilə Meksikanın Azərbaycandakı Səfirliyində keçirilən tədbirdə iştirak ediblər.
“Tehsil365” bildirir ki, Meksikanın fövqəladə və səlahiyyətli səfiri Maria Victoria Romero tələbələri “Qadın və qızlara qarşı zorakılığa son” adlı 16 günlük kampaniya çərçivəsində nümayiş olunan “Bacarıq gücdən daha yaxşıdır” adlı filmin premyerasına dəvət edib. Film qadınların cəmiyyətdə rolu, hüquqlarının qorunması və gender bərabərliyi mövzularına həsr olunub.
Filmin nümayişindən sonra tələbələrlə qadınların hüquqları və cəmiyyətdə rolu mövzusunda fikir mübadiləsi aparılıb. Tələbələr tədbirin maarifləndirici xarakter daşıdığını və bu kimi təşəbbüslərin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, tədbir Azərbaycan Dillər Universitetinin İspan dili Mərkəzi ilə Meksikanın Azərbaycandakı Səfirliyinin əməkdaşlığı çərçivəsində təşkil olunub.

