Azərbaycan Dillər Universitetinin (ADU) Psixologiya və Pedaqogika kafedrasının müəllimi Könül İbadova “4Sİ Akademiyası – Milli Proqram” layihəsi çərçivəsində beynəlxalq sertifikatlara layiq görülüb.
“Tehsil365” bildirir ki, layihə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Təhsilin İnkişafı Fondu — Elm və Təhsil Nazirliyinin tabeliyində olan qurum — arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.
Proqram çərçivəsində Könül İbadova Coursera platformasında dünyanın aparıcı ali təhsil müəssisələrinin təqdim etdiyi ixtisasartırma kurslarını uğurla başa vurub. Bu universitetlər sırasında University of Cambridge, University of London, University of Glasgow, The University of Hong Kong, University of Illinois Urbana-Champaign, University of Pennsylvania, University of Oxford və digər nüfuzlu ali məktəblər yer alır.
Tamamladığı kurslar inklüziv təhsil, təhsildə süni intellektdən istifadə, müasir pedaqoji metodlar, xüsusi təhsil, kurikulum hazırlanması, tələbələrlə işin təşkili və təhsildə qlobal trendlər kimi istiqamətləri əhatə edir.

