AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası ilə Azərbaycan Turizm və Menecment Universiteti tələbələr üçün birgə seminar keçirib. Seminarda elmi işçi Vüsalə Beydullazadə Azərbaycanın orta əsr abidələrində aparılmış son tədqiqatlar barədə məruzə ilə çıxış edib.
“Tehsil365” Azərtac-a istinadən xəbər verir ki, seminarda iştirakçılara 2024–2025-ci illərdə Xaraba Gilan və Şəmkir şəhərlərində həyata keçirilmiş arxeoloji qazıntı və tədqiqatların nəticələri haqqında ətraflı məlumat verilib. Qazıntılardan əldə olunan materiallar, tapıntıların tədqiqat metodları və Azərbaycan arxeologiyası üçün əhəmiyyəti tələbələrə geniş şəkildə izah olunub.
Tədbirin əsas məqsədi tələbələrin praktiki biliklərini artırmaq, arxeologiya sahəsində son yeniliklərlə tanış etmək və onların elmi fəaliyyətə marağını stimullaşdırmaq olub.

