Azərbaycan ədəbiyyatının klassiklərindən biri, görkəmli yazıçı, dramaturq, ictimai-siyasi xadim və pedaqoq Əbdürrəhim bəy Haqverdiyev 11 dekabr 1933-cü ildə Bakıda vəfat etmişdir.
"Tehsil365" xəbər verir ki, 1870-ci ildə Şuşa qəzasının Ağbulaq kəndində dünyaya gəlmiş Əbdürrəhim bəy, Azərbaycan ədəbi-mədəni həyatında mühüm iz qoymuş, teatrın inkişafında, maarifçiliyin yayılmasında və milli kimliyin formalaşmasında önəmli rol oynamışdır. O, Birinci Rus Dövlət Dumasında Azərbaycandan deputat kimi təmsil olunmuş, Gürcüstan Parlamentində də fəaliyyət göstərmişdir.
"Molla Nəsrəddin" jurnalının yazarlarından biri olan Haqverdiyev həmçinin "Leyli və Məcnun" operasının ilk dirijoru, Teatr Şurasının təsisçisi və ilk rəhbəri olmuşdur. Onun əsərləri milli dramaturgiyanın əsas sütunlarından biri hesab olunur.
1929-cu ildə ona "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı verilmişdir.
Əbdürrəhim bəy Haqverdiyevin irsi bu gün də aktualdır və Azərbaycan ədəbiyyatında silinməz iz buraxmışdır.

