Bu gün, 11 dekabrda Birinci Qarabağ müharibəsinin qəhrəman şəhidlərindən biri, Azərbaycanın Milli Qəhrəmanı Elşad Saday oğlu Əhədovun şəhid olduğu gündür.
"Tehsil365" xəbər verir ki,Elşad Əhədov 1968-ci il martın 4-də Masallı rayonunun Təzə Alvadı kəndində anadan olub. Vətənə bağlılığı və vətənpərvərliyi onu Qarabağ döyüşlərinə gətirib. O, əsgər yoldaşları arasında cəsarəti və fədakarlığı ilə seçilib.
1993-cü il 11 dekabr tarixində Qarabağ uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak olub. Onun şücaəti və vətənə sevgisi dövlət tərəfindən yüksək qiymətləndirilib — ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı ilə təltif olunub.
Elşad Əhədovun adı bu gün də xalqımızın yaddaşında şərəf və qəhrəmanlıq rəmzi kimi yaşayır. Ruhu qarşısında ehtiramla baş əyirik.

