11 dekabr 1948-ci ildə Moskvada anadan olmuş Fərhad Əsgər oğlu Kərimov peşəkar fəaliyyətini azərbaycanlı hərbi jurnalist və teleoperator kimi döyüş meydanlarında keçirmişdir.
"Tehsil365" xəbər verir ki, O, Dağlıq Qarabağ müharibəsi, Gürcüstan, Tacikistan və Çeçenistanda baş verən silahlı münaqişələrdən hazırladığı cəsur reportajlarla tanınıb.
Fərhad Kərimov hadisələrin mərkəzində olaraq, müharibənin acı reallıqlarını obyektiv şəkildə ictimaiyyətə çatdırıb. Onun çəkdiyi kadrlar və hazırladığı materiallar yalnız xəbər yox, həm də tarixi sənəd kimi dəyərləndirilir.
Təəssüf ki, o, 22 may 1995-ci ildə Çeçenistanın Naji-Yurt rayonunda peşə borcunu yerinə yetirərkən həlak olub. Fərhad Kərimovun jurnalistika sahəsindəki fədakarlığı və şücaəti Azərbaycan mediası tarixində əbədi iz qoyub. O, öz peşəsinə və gerçəkliyə sədaqətli bir qəhrəman kimi xatırlanır.

