Texas ştatında irq və cins mövzularının tədrisinə yeni məhdudiyyətlər tətbiq edən kurikulum cədvəli müəllimlər arasında narahatlıq yaradır.
"Tehsil365" xəbər verir ki, Yeni qaydalar müəllimlərin dərslərində bu mövzuları müzakirə etməsini məhdudlaşdırır və tədris azadlığına ciddi təsir göstərir.
Mühafizəkar dairələr isə bu addımları təqdir edir və belə məhdudiyyətlərin daha əvvəl tətbiq edilməsinin vacib olduğunu bildirirlər. Onların fikrincə, bu qaydalar təhsildə obyektivliyi və əxlaqi dəyərlərin qorunmasını təmin edəcək.
Digər tərəfdən, müəllimlər və təhsil ekspertləri bu qərarın təhsil keyfiyyətinə mənfi təsir göstərə biləcəyindən, tələbələrin müxtəlif mövzularda sərbəst düşünmə imkanlarının məhdudlaşacağından narahatdırlar.
Mövzu Texasda və ABŞ-da geniş müzakirələrə səbəb olub və təhsil siyasətində qarşıdurmaları daha da dərinləşdirir.

