Layihə çərçivəsində tələbələr beynəlxalq münasibətlər, diplomatiya, xarici siyasət və qlobal proseslər barədə təlimlərdə iştirak edəcəklər.
“Təhsil 365” bildirir ki, seçilən iştirakçılar həmçinin XİN-in müxtəlif departamentlərində təcrübə keçmək imkanı əldə edəcəklər. Proqramın məqsədi gənclərin xarici siyasət sahəsində peşəkar inkişafına dəstək verməkdir.

