Cochin University of Science and Technology (Cusat) gələn tədris ilindən etibarən xarici tələbələrin sayını 25%-dək artırmağı planlaşdırır.
“Təhsil 365” bildirir ki, bu barədə xarici media məlumat verib.
Hazırda universitetdə 24 ölkədən 70 tələbə təhsil alır. Yeni qərar çərçivəsində beynəlxalq proqramlar genişləndiriləcək, yataqxana yerləri artırılacaq və xarici tələbələr üçün daha əlverişli mühit yaradılacaq.

