İngiltərənin Kvalifikasiyalara Nəzarət Təşkilatı – Ofqual, GCSE və A səviyyəli imtahanların rəqəmsallaşdırılması ilə bağlı məsləhətləşməyə başlayıb.
"Tehsil365" xəbər verir ki, Təşkilat bildirib ki, bəzi imtahanların 2030-cu ilə qədər kompüter üzərindən, xüsusilə də noutbuklar vasitəsilə verilməsi mümkün ola bilər.
Bu təşəbbüs, şagirdlərin yazılı imtahanlarda uzun müddət əl ilə yazı yazmaqdan dolayı yorğunluq və performans azalması ilə bağlı artan narahatlıqları fonunda gündəmə gəlib.
Rəqəmsal imtahanlar texnologiyanın təhsildəki rolunu gücləndirməklə yanaşı, qiymətləndirmədə çeviklik və fərdiləşdirilmiş yanaşma imkanları da təqdim edə bilər.
Ofqual vurğulayıb ki, bu keçid mərhələli şəkildə həyata keçiriləcək və şagirdlərin ədalətli qiymətləndirilməsi prioritet olaraq qalacaq. Məsləhətləşmələr zamanı müəllimlər, məktəblər və ekspertlərin rəyləri nəzərə alınacaq.

