Təhsil 365 - Logo Mobile

AMEA Rəyasət Heyətinin iclası keçirilib - FOTO

5511.12.2025 - 12:59
AMEA Rəyasət Heyətinin iclası keçirilib - FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə “Tehsil365"ə AMEA-dan məlumat verilib.

İclası AMEA-nın rəhbəri akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

İclasda müzakirəyə çıxarılan ilk məsələ 2025-ci il üçün AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul edilmiş doktorantların dissertasiya mövzusu və elmi rəhbərlərinin təsdiq olunması haqqında olub.

Rəyasət Heyətinin qərarı ilə 2025-ci il üçün AMEA-da fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul edilmiş doktorantların dissertasiya mövzusu və elmi rəhbərləri təsdiqlənib.

İclasda, həmçinin AMEA-nın 80 illik yubiley tədbirləri çərçivəsində elan olunmuş “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnologiyalardan istifadə imkanları” mövzusunda gənc tədqiqatçıların müsabiqəsinin nəticələri elan edilib.

Akademik İsa Həbibbəyli bildirib ki, qərarın qəbul edilməsində əsas məqsəd gənc alimlərin yaradıcılıq potensialının üzə çıxarılması, süni intellekt və rəqəmsal texnologiyaların humanitar və ictimai elmlərə tətbiqinin təşviqi, eləcə də elmi fəaliyyətin müasir çağırışlara uyğun inkişafının təmin edilməsidir.

Sonra Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri nəticələri təqdim edib. Diqqətə çatdırıb ki, Rəyasət Heyətinin Qərarına əsasən müsabiqənin təşkili məqsədilə komissiya yaradılıb, müsabiqənin keçirilməsi barədə AMEA-nın rəsmi internet səhifəsində müvafiq elan yerləşdirilib. Daxil olmuş məqalələr komissiya tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və müsabiqənin nəticələri yekunlaşdırılıb.

Müsabiqəsinin nəticələrinə əsasən, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı Ləman Rüstəmli I yeri tutub. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Orxan İsayev və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Röya Mirzəbəyova II yer, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Cahandar Cabarov, AMEA-nın Gəncə bölməsinin əməkdaşı İlahə Əsədzadə və AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşı Rüzgar Camal III yeri tutublar. Həmçinin 13 nəfər həvəsləndirici mükafata layiq görülüb.

Rəyasət Heyətinin qərarı ilə müsabiqə qalibləri pul mükafatı və diplomla təltif ediliblər.

Tədbirdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosiologiya şöbəsinin bazasında daxili imkanlar və mövcud ştat vahidləri hesabına Rəqəmsal sosiologiya və sosioloji tədqiqatlar şöbəsinin yaradılması haqqında qərar qəbul olunub.

Həmçinin AMEA-nın müxbir üzvü Elşad Qurbanovun 75 illik yubileyi haqqında qərar qəbul edilib.

İclasda qeyd olunan məsələlər ətrafında akademik Rasim Əliquliyev, professor İlham Məmmədzadə, filologiya elmləri doktoru Hikmət Quliyev, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Aydan Ələkbərova

Xəbər Lenti

Böyük Britaniya tələbələri: Universitetdə oxuyarkən evdə yaşayırsınız?12.12.2025 - 08:20
Böyük Britaniyada daha səkkiz universitet qazıntı yanacaq sənayesi ilə əlaqələri kəsdi12.12.2025 - 08:07
"Riyaziyyat İnnovasiya Müsabiqəsi" uğurla başa çatdı!12.12.2025 - 07:54
Valideynlər məktəbdən şikayətçidir: "Məktəb rəhbərliyi qız şagirdlərinin şalvar geyinməsinə qadağa qoyub"!12.12.2025 - 07:41
“Maarifçi” tələbə-məzun təcrübə proqramı İctimai TV-də təqdim olunub12.12.2025 - 07:28
Gədəbəy məktəblərindən fotoreportaj: “Məktəbdə bir gün”12.12.2025 - 07:15
Astarada “Vətənə, xalqa həsr edilmiş ömür” adlı anım tədbiri keçirilib12.12.2025 - 07:02
Astara şəhərində məktəblilərə ekoloji maarifləndirmə dərsi keçirildi12.12.2025 - 06:49
DTX-dən Ulu Öndərin anım günü ilə bağlı - Videoçarx/12.12.2025 - 06:40
Astara şəhərində Ulu Öndər Heydər Əliyevin Anım Günü qeyd olundu12.12.2025 - 06:36
Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun doğum günüdür12.12.2025 - 06:23
1994-cü il, 12 dekabr — Azərbaycan və Kolumbiya arasında diplomatik münasibətlər qurulub12.12.2025 - 06:10
1991, 12 dekabr — Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu12.12.2025 - 05:57
1988-ci il 12 dekabr — Azərbaycan humanitar heyətini daşıyan təyyarə Quqark yaxınlığında qəzaya uğrayıb12.12.2025 - 05:44
12 dekabr 1948-ci il — “Nizami” operasının premyerası12.12.2025 - 05:31
Heydər Əliyevin vəfatının 20-ci ildönümüdür 12.12.2025 - 05:18
Cabir Novruzun vəfatının ildönümüdür12.12.2025 - 05:05
Lətif Səfərovun vəfatının ildönümüdür12.12.2025 - 04:52
Tələt Rəhmanovun anadan olmasının ildönümüdür12.12.2025 - 04:39
Məhəmməd ağa Şahtaxtinski – Azərbaycan ictimai fikir tarixinin tanınmış siması12.12.2025 - 04:26
Aşıq-şair Əlipənah Pənahovun anadan olmasının ildönümüdür12.12.2025 - 04:13
Hüseyn Abbaszadənin xatirəsi anılır12.12.2025 - 04:00
Rauf Zeyni: Müasir gənclər qarşısında həm çətin, həm də şərəfli vəzifələr var11.12.2025 - 18:48
Azərbaycan BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında Milli Bəyanatını təqdim edib11.12.2025 - 18:26
Vüqar Həşimov Memorialının qalibi bəlli olub11.12.2025 - 18:13
İbrahim Süleymanov: "Süni intellekt nə qədər faydalı olsa da, çox böyük risklər də daşıyır"11.12.2025 - 18:00
Azərbaycan və ABŞ rəqəmsal transformasiya imkanlarını müzakirə edib11.12.2025 - 17:47
Yeni yaradılan “Eynək” İncəsənət Studiyası ilk tamaşasını təqdim edib11.12.2025 - 17:32
Bakı Qızlar Universitetində Qazaxıstan alimləri ilə görüş keçirilib11.12.2025 - 17:30
Qlazqoda Azərbaycan musiqi əsərləri səsləndirilib11.12.2025 - 17:17
AzMİU-da beynəlxalq elmi-praktiki konfrans keçirilib11.12.2025 - 17:15
Psixoloq Aynur İskəndərova: "İnsanlarda yaranan hisslər bir müddət sonra özünü biruzə vermir"11.12.2025 - 17:03
Azərbaycan və Böyük Britaniya süni intellekt üzrə birgə fəaliyyəti müzakirə edib11.12.2025 - 17:02
2026-cı ilin iş və istirahət günləri təsdiqləndi! 11.12.2025 - 17:00
ADU-nun əməkdaşları Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər11.12.2025 - 16:47
Şərqi Qazaxıstan Dövlət Universitetinin nümayəndələri ADU-nun qonağı olub11.12.2025 - 16:32
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib11.12.2025 - 16:17
ADU-da Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib11.12.2025 - 16:02
“Zəfərə mübarək” ədəbi-bədii tədbiri keçirilib11.12.2025 - 15:47
ADU-nun dosenti beynəlxalq konfransda məruzə ilə çıxış edib11.12.2025 - 15:32
“İnsanların ruhuna toxunmaq mənim missiyamdır” – Klinik psixoloq Fəridə Musavi ilə müsahibə11.12.2025 - 15:20
Beynəlxalq Əlillər Gününə həsr olunmuş silsilə tədbirlər davam edir11.12.2025 - 15:17
ADU-da Fəlsəfə doktoru proqramı üzrə doktorantura minimum imtahanları keçirilib11.12.2025 - 15:02
AzMİU-da yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi11.12.2025 - 13:59
BMU-da Ulu Öndərin anım günü ilə bağlı tədbirlər keçirilib11.12.2025 - 13:47
ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvlərinin görüşü keçirilib11.12.2025 - 13:45
Qaxda uşaq bağçasında yanğın olub11.12.2025 - 13:35
Aşqarlar Kimyası İnstitutunun 60 illiyi ilə bağlı kitab nəşr olunub11.12.2025 - 13:33