Qax şəhərində uşaq bağçasında yanğın olub.
“Tehsil365” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğın ikimərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində yerləşən texniki otağında baş verib.
Bağçanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

