Təhsil 365 - Logo Mobile

BMU-da Ulu Öndərin anım günü ilə bağlı tədbirlər keçirilib

7311.12.2025 - 13:47
BMU-da Ulu Öndərin anım günü ilə bağlı tədbirlər keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Tehsil365” xəbər verir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi böyük ehtiramla yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı önünə tər çiçəklər düzülüb.

Sonra BMU və Yeni Azərbaycan Partiyası 40 saylı ərazi təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilən tədbir keçirilib. Öncə Ulu Öndərin əziz xatirəsi yad olunub, Dövlət Himninin səsləndirilməsindən sonra Heydər Əliyevin həyatı və zəngin siyasi fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

BMU-nun rektoru Yaqub Piriyev tədbirdə çıxış edərək ötən yüzilliyin ən görkəmli dövlət xadimlərindən Heydər Əliyevin həyat yolu və xalqımıza bəxş etdiyi zəngin irsin hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu deyib. Ümummilli Liderin 1970-80-ci illərdə Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl respublikalarından birinə çevirdiyini vurğulayan rektor həmin dövrdə ölkəmizin əldə etdiyi uğurları statistik rəqəmlərlə diqqətə çatdırıb. Eyni zamanda sonrakı mərhələdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə yüksələn Heydər Əliyevin nəqliyyat, rabitə, təhsil, səhiyyə, eləcə də digər sosial-mədəni istiqamətləri birləşdirən 14 nazirlik və sahəyə nəzarət etdiyini deyərək gördüyü genişmiqyaslı işləri yada salıb. Yaqub Piriyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyevin ölkədə ictimai-siyasi sabitliyin bərqərar olunması, sürətli iqtisadi islahatlar aparılması, nəhəng qlobal layihələrin həyata keçirilməsi, Azərbaycanın nəqliyyat və digər sahələr üzrə beynəlxalq tərəfdaşlığının genişlənməsindəki xidmətlərini nəzərə çatdırıb. Həmin strategiyanın davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan üçün geniş imkanlar açan qlobal nəqliyyat və iqtisadi əməkdaşlıq layihələri vurğulanıb. Azərbaycanın Orta Dəhlizin həlqəsi kimi Çin-Avropa ticarətinin sürətlənməsində mühüm rol oynadığı, bütün bunların Ulu Öndərin “İpək Yolu” ideyasının davamı kimi qlobal əlaqələri genişləndirdiyi bildirilib.

Heydər Əliyevin dövlətçilik strategiyasının əsas istiqamətlərindən birinin milli kadrların yetişdirilməsi olduğunu önə çəkən rektor ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Prezident İlham Əliyevin sərəncamları ilə 3 Dövlət Proqramı üzrə çoxsaylı azərbaycanlı gəncin xaricdə dövlət hesabına təhsil almasını uğurlu ənənə kimi qiymətləndirib.

Yaqub Piriyev torpaqlarımızın işğaldan azad olunmasını, suverenliyimizin tam bərpasını Ulu Öndərin ən böyük arzularından biri kimi önə çəkərək böyük liderin ideyalarının Azərbaycanı daim işıqlı sabahlara aparacağına dərindən inandığını vurğulayıb.

Milli Məclisin komitə sədri, millət vəkili Sadiq Qurbanov çıxışında uzaqgörən dövlət xadiminin cəsarətli qərarları, yüksək dövlətçilik təfəkkürü və xalqına sonsuz sevgisi ilə bugünkü Azərbaycanın əsasının qoyulduğunu qeyd edib. Bildirilib ki, nüfuzlu şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə formalaşan milli ideologiya dövlətçiliyin möhkəmlənməsi və ölkənin davamlı inkişafında həlledici rol oynayıb.

Millət vəkili Vüqar Rəhimzadə isə bildirib ki, hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətini Azərbaycanın yüksəlişi təşkil edib. O, Azərbaycanda hərbi məktəb quruculuğunu Sovet dövrü üçün son dərəcə cəsarətli, strateji qərar kimi dəyərləndirib və Çəmşid Naxçıvanski adına hərbi məktəbin müasir hərbi kadrların formalaşmasındakı mühüm rolunu önə çəkib. Millət vəkili həmçinin Ulu Öndərin bütün mərhələlərdə Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə etdiyini və ölkəmizin dünya miqyasında tanınmasına nail olduğunu söyləyib.

Sonra çıxış edən digər natiqlər zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünün daha aydın şəkildə göründüyünü, Ulu Öndərin tarixdə güclü dövlət quran liderlər sırasında dayandığını vurğulayıblar. Heydər Əliyev irsinə və siyasi kursuna sadiqliyin Azərbaycanın bugünkü və gələcək uğurlarının əsas şərtlərindən olduğu bildirilib. Çıxışlarda habelə Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin inkişafı istiqamətində gördüyü işlərdən danışılıb. Görkəmli siyasi xadimin dil siyasətinin milli kimliyin qorunması, ədəbi dilin inkişafı və dövlət dilinin mövqeyinin möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

Rəşanə İsamqızı

Xəbər Lenti

Böyük Britaniya tələbələri: Universitetdə oxuyarkən evdə yaşayırsınız?12.12.2025 - 08:20
Böyük Britaniyada daha səkkiz universitet qazıntı yanacaq sənayesi ilə əlaqələri kəsdi12.12.2025 - 08:07
"Riyaziyyat İnnovasiya Müsabiqəsi" uğurla başa çatdı!12.12.2025 - 07:54
Valideynlər məktəbdən şikayətçidir: "Məktəb rəhbərliyi qız şagirdlərinin şalvar geyinməsinə qadağa qoyub"!12.12.2025 - 07:41
“Maarifçi” tələbə-məzun təcrübə proqramı İctimai TV-də təqdim olunub12.12.2025 - 07:28
Gədəbəy məktəblərindən fotoreportaj: “Məktəbdə bir gün”12.12.2025 - 07:15
Astarada “Vətənə, xalqa həsr edilmiş ömür” adlı anım tədbiri keçirilib12.12.2025 - 07:02
Astara şəhərində məktəblilərə ekoloji maarifləndirmə dərsi keçirildi12.12.2025 - 06:49
DTX-dən Ulu Öndərin anım günü ilə bağlı - Videoçarx/12.12.2025 - 06:40
Astara şəhərində Ulu Öndər Heydər Əliyevin Anım Günü qeyd olundu12.12.2025 - 06:36
Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun doğum günüdür12.12.2025 - 06:23
1994-cü il, 12 dekabr — Azərbaycan və Kolumbiya arasında diplomatik münasibətlər qurulub12.12.2025 - 06:10
1991, 12 dekabr — Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu12.12.2025 - 05:57
1988-ci il 12 dekabr — Azərbaycan humanitar heyətini daşıyan təyyarə Quqark yaxınlığında qəzaya uğrayıb12.12.2025 - 05:44
12 dekabr 1948-ci il — “Nizami” operasının premyerası12.12.2025 - 05:31
Heydər Əliyevin vəfatının 20-ci ildönümüdür 12.12.2025 - 05:18
Cabir Novruzun vəfatının ildönümüdür12.12.2025 - 05:05
Lətif Səfərovun vəfatının ildönümüdür12.12.2025 - 04:52
Tələt Rəhmanovun anadan olmasının ildönümüdür12.12.2025 - 04:39
Məhəmməd ağa Şahtaxtinski – Azərbaycan ictimai fikir tarixinin tanınmış siması12.12.2025 - 04:26
Aşıq-şair Əlipənah Pənahovun anadan olmasının ildönümüdür12.12.2025 - 04:13
Hüseyn Abbaszadənin xatirəsi anılır12.12.2025 - 04:00
Rauf Zeyni: Müasir gənclər qarşısında həm çətin, həm də şərəfli vəzifələr var11.12.2025 - 18:48
Azərbaycan BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında Milli Bəyanatını təqdim edib11.12.2025 - 18:26
Vüqar Həşimov Memorialının qalibi bəlli olub11.12.2025 - 18:13
İbrahim Süleymanov: "Süni intellekt nə qədər faydalı olsa da, çox böyük risklər də daşıyır"11.12.2025 - 18:00
Azərbaycan və ABŞ rəqəmsal transformasiya imkanlarını müzakirə edib11.12.2025 - 17:47
Yeni yaradılan “Eynək” İncəsənət Studiyası ilk tamaşasını təqdim edib11.12.2025 - 17:32
Bakı Qızlar Universitetində Qazaxıstan alimləri ilə görüş keçirilib11.12.2025 - 17:30
Qlazqoda Azərbaycan musiqi əsərləri səsləndirilib11.12.2025 - 17:17
AzMİU-da beynəlxalq elmi-praktiki konfrans keçirilib11.12.2025 - 17:15
Psixoloq Aynur İskəndərova: "İnsanlarda yaranan hisslər bir müddət sonra özünü biruzə vermir"11.12.2025 - 17:03
Azərbaycan və Böyük Britaniya süni intellekt üzrə birgə fəaliyyəti müzakirə edib11.12.2025 - 17:02
2026-cı ilin iş və istirahət günləri təsdiqləndi! 11.12.2025 - 17:00
ADU-nun əməkdaşları Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər11.12.2025 - 16:47
Şərqi Qazaxıstan Dövlət Universitetinin nümayəndələri ADU-nun qonağı olub11.12.2025 - 16:32
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib11.12.2025 - 16:17
ADU-da Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib11.12.2025 - 16:02
“Zəfərə mübarək” ədəbi-bədii tədbiri keçirilib11.12.2025 - 15:47
ADU-nun dosenti beynəlxalq konfransda məruzə ilə çıxış edib11.12.2025 - 15:32
“İnsanların ruhuna toxunmaq mənim missiyamdır” – Klinik psixoloq Fəridə Musavi ilə müsahibə11.12.2025 - 15:20
Beynəlxalq Əlillər Gününə həsr olunmuş silsilə tədbirlər davam edir11.12.2025 - 15:17
ADU-da Fəlsəfə doktoru proqramı üzrə doktorantura minimum imtahanları keçirilib11.12.2025 - 15:02
AzMİU-da yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi11.12.2025 - 13:59
ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvlərinin görüşü keçirilib11.12.2025 - 13:45
Qaxda uşaq bağçasında yanğın olub11.12.2025 - 13:35
Aşqarlar Kimyası İnstitutunun 60 illiyi ilə bağlı kitab nəşr olunub11.12.2025 - 13:33