Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
“Tehsil365” bildirir ki, ilk olaraq ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Təhsil fakültəsinin dekanı v.i.e. Şəlalə Babayeva çıxış edərək Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafındakı tarixi rolundan, eləcə də təhsil sahəsinə verdiyi yüksək dəyərdən bəhs edib. O, Ulu Öndərin gənclərin maariflənməsi və intellektual potensialının artırılması istiqamətində gördüyü işlərin bu gün də dövlət siyasətində xüsusi yer tutduğunu vurğulayıb.
Ardınca Psixologiya və pedaqogika kafedrasının müəllimi Könül Haqverdiyeva və Camalova Ədalət çıxış edərək Heydər Əliyev şəxsiyyətinin liderlik keyfiyyətləri, idarəetmə fəlsəfəsi və milli ideologiyanın formalaşmasındakı xidmətləri barədə danışıb.
Tədbirdə həmçinin Təhsil fakültəsinin tələbələri Pirizadə Mədinə və Allahverdiyeva Fidan çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətinə dair məruzələrini təqdim ediblər. Onlar Heydər Əliyev irsinin bu gün də Azərbaycan gəncliyi üçün mühüm ideya məktəbi olduğunu qeyd ediblər.
Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyəti barədə videoçarx nümayiş olunub, tələbələr tərəfindən ədəbiyyat nümunələri səsləndirilib və məruzələr təqdim edilib. Çıxışlarda Heydər Əliyev irsinin bu gün də ölkənin inkişaf strategiyasının əsasını təşkil etdiyi xüsusi vurğulanıb.
Sonda tədbir iştirakçıları Ulu Öndərin xatirəsinin daim böyük ehtiramla anıldığını bildirərək, onun ideyalarının ölkənin inkişafında və gənc nəslin formalaşmasında əhəmiyyətli rol oynadığını vurğulayıblar.

