Dekabrın 11-də Azərbaycan Dillər Universitetinin rəhbərliyi və kollektivi Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
“Tehsil365” xəbər verir ki, müstəqil Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub.
Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

