Təhsil 365 - Logo Mobile

AzMİU-da beynəlxalq elmi-praktiki konfrans keçirilib

8611.12.2025 - 17:15
AzMİU-da beynəlxalq elmi-praktiki konfrans keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ali təhsil ocağının 50 illik yubileyinə həsr olunmuş “Azərbaycanda memarlıq təhsilinin dünəni, bu günü və gələcəyi” adlı beynəlxalq elmi-praktiki konfrans təşkil olunub.

“Tehsil365” xəbər verir ki, tədbirdə yerli və xarici ali təhsil müəssisələrinin nümayəndələri, beynəlxalq elm-təhsil qurumlarının təmsilçiləri, memarlıq sahəsi üzrə tanınmış mütəxəssislər və universitetin professor-müəllim heyəti iştirak ediblər.

Konfransın açılış mərasimində çıxış edən AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova rəhbəri olduğu ali məktəbin formalaşma tarixinə geniş nəzər salıb. Professor Gülçöhrə Məmmədova qeyd edib ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rəsmi tarixi 1975-ci ildən hesablansa da, bu ali təhsil müəssisəsinin kökləri XX əsrin əvvəllərinə dayanır.

Onun sözlərinə görə, 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılmış İnşaat fakültəsi ölkəmizdə mühəndis və memar kadrlarının hazırlanması istiqamətində mühüm başlanğıc nöqtəsi olub. 1930–1934-cü illərdə fəaliyyət göstərmiş İnşaat və Memarlıq İnstitutu isə həmin dövrdə SSRİ miqyasında xüsusi çəkisi olan təhsil ocaqlarından biri kimi mühüm rol oynayıb.

Professor Gülçöhrə Məmmədova vurğulayıb ki, ötən əsrin müxtəlif mərhələlərində yenidən təşkil olunan fakültə və şöbələr bugünkü AzMİU-un təməlini formalaşdırıb. Tərkibində aparılan struktur islahatları, ixtisaslaşma prosesləri, beynəlxalq tərəfdaşlıqların qurulması, professor-müəllim heyətinin elmi potensialının gücləndirilməsi universiteti regionun aparıcı memarlıq və inşaat məktəblərindən birinə çevirib. Rektor qeyd edib ki, 50 illik yubley ərəfəsində keçirilən bu konfrans yalnızuniversitetin keçdiyi şərəfli yola ehtiram deyil, həm də Azərbaycanın memarlıq təhsilinin inkişaf strategiyasının müzakirə olunduğu mühüm elmi platformadır.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Əminağa Sadıqov, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov çıxış edərək ölkəmizdə memarlıq təhsili sahəsində son illərdə əldə olunan mühüm nailiyyətlərdən danışıblar.

Çıxışçılar bildiriblər ki, Azərbaycanda memarlıq təhsili artıq tam peşəkar mərhələyə keçid edib və beynəlxalq tələblərə uyğun şəkildə inkişaf etdirilir. Onların sözlərinə görə, bu sahədə sistemli islahatlar, müasir tədris standartlarının tətbiqi, elmi-tədqiqat mühitinin gücləndirilməsi və kadr hazırlığının keyfiyyətinin artırılması memarlıq ixtisasının nüfuzunu daha da yüksəldib.

Çıxışlarda Azərbaycan Memarlıq və İnşaat Universitetinin memarlıq təhsilinin formalaşmasında və inkişafında oynadığı aparıcı rol xüsusi qeyd olunub. Son Ali təhsil ocağının son illərdə qazandığı uğurlar, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsi, tələbələrin yaradıcılıq və praktiki fəaliyyət imkanlarının artırılması, eləcə də innovativ layihələrin reallaşdırılması sahəsində əldə etdiyi nəticələr yüksək qiymətləndirilib.

Sonda vurğulanıb ki, Azərbaycanın memarlıq məktəbi qədim ənənələr üzərində qurulsa da, bu gün müasir yanaşmalar, yenilənən infrastruktur və peşəkar kadr potensialı ilə regionda nümunəvi model kimi çıxış edir. Bu istiqamətdə AzMİU-nun fəaliyyəti ölkədə memarlıq təhsilinin davamlı inkişafının əsasında dayanır.

Konfrans çərçivəsində Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova “Azərbaycanda memarlıq təhsilinin konseptual transformasiyası: dəyərlər, çağırışlar və perspektivlər” mövzusunda geniş məruzə ilə çıxış edib. O, müasir memarlıq təhsilinin qarşısında dayanan qlobal və lokal çağırışlara diqqət çəkib.

Professor qeyd edib ki, sürətlə dəyişən urbanistika mühiti, ekoloji davamlılıq məsələləri, rəqəmsal texnologiyaların memarlıq praktikasına inteqrasiyası və beynəlxalq standartlarla uyğun tədris modellərinin tətbiqi memarlıq təhsilinin modernizasiyasını zəruri edir.

Zahidə Məmmədovanın sözlərinə görə, Azərbaycanda memarlıq təhsilinin yeni konseptual çərçivəsi insanmərkəzli yanaşma, davamlı inkişaf prinsipləri, innovativ memarlıq həlləri və multidissiplinar yanaşmanı əsas götürməlidir.

O vurğulayıb ki, AzMİU bu istiqamətdə mühüm addımlar atır: yeni tədris proqramları hazırlanır, qabaqcıl beynəlxalq universitetlərlə ikili diplom layihələri genişləndirilir, tələbələrin rəqəmsal dizayn və layihələndirmə bacarıqlarını artıran müasir laboratoriyalar yaradılır. Konfrans çərçivəsində müxtəlif panel müzakirələr, bölmə iclasları və tematik sessiyalar keçirilib. Xarici universitetlərin nümayəndələri memarlıq təhsilində innovasiyalar, şəhərsalmanın aktual problemləri və memarlıq irsinin qorunması ilə bağlı məruzələrlə çıxış ediblər.

Məruzəçilər Azərbaycan memarlıq təhsilinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsi və tədrisin keyfiyyətinin artırılması ilə bağlı bir sıra təkliflərlə çıxış ediblər.

Tədbir memarlıq sahəsində elmi fikir mübadiləsinin gücləndirilməsi və yeni akademik təşəbbüslərin formalaşması baxımından mühüm platforma kimi qiymətləndirilib.

Könül Əsgərova

Xəbər Lenti

Böyük Britaniya tələbələri: Universitetdə oxuyarkən evdə yaşayırsınız?12.12.2025 - 08:20
Böyük Britaniyada daha səkkiz universitet qazıntı yanacaq sənayesi ilə əlaqələri kəsdi12.12.2025 - 08:07
"Riyaziyyat İnnovasiya Müsabiqəsi" uğurla başa çatdı!12.12.2025 - 07:54
Valideynlər məktəbdən şikayətçidir: "Məktəb rəhbərliyi qız şagirdlərinin şalvar geyinməsinə qadağa qoyub"!12.12.2025 - 07:41
“Maarifçi” tələbə-məzun təcrübə proqramı İctimai TV-də təqdim olunub12.12.2025 - 07:28
Gədəbəy məktəblərindən fotoreportaj: “Məktəbdə bir gün”12.12.2025 - 07:15
Astarada “Vətənə, xalqa həsr edilmiş ömür” adlı anım tədbiri keçirilib12.12.2025 - 07:02
Astara şəhərində məktəblilərə ekoloji maarifləndirmə dərsi keçirildi12.12.2025 - 06:49
DTX-dən Ulu Öndərin anım günü ilə bağlı - Videoçarx/12.12.2025 - 06:40
Astara şəhərində Ulu Öndər Heydər Əliyevin Anım Günü qeyd olundu12.12.2025 - 06:36
Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun doğum günüdür12.12.2025 - 06:23
1994-cü il, 12 dekabr — Azərbaycan və Kolumbiya arasında diplomatik münasibətlər qurulub12.12.2025 - 06:10
1991, 12 dekabr — Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri oldu12.12.2025 - 05:57
1988-ci il 12 dekabr — Azərbaycan humanitar heyətini daşıyan təyyarə Quqark yaxınlığında qəzaya uğrayıb12.12.2025 - 05:44
12 dekabr 1948-ci il — “Nizami” operasının premyerası12.12.2025 - 05:31
Heydər Əliyevin vəfatının 20-ci ildönümüdür 12.12.2025 - 05:18
Cabir Novruzun vəfatının ildönümüdür12.12.2025 - 05:05
Lətif Səfərovun vəfatının ildönümüdür12.12.2025 - 04:52
Tələt Rəhmanovun anadan olmasının ildönümüdür12.12.2025 - 04:39
Məhəmməd ağa Şahtaxtinski – Azərbaycan ictimai fikir tarixinin tanınmış siması12.12.2025 - 04:26
Aşıq-şair Əlipənah Pənahovun anadan olmasının ildönümüdür12.12.2025 - 04:13
Hüseyn Abbaszadənin xatirəsi anılır12.12.2025 - 04:00
Rauf Zeyni: Müasir gənclər qarşısında həm çətin, həm də şərəfli vəzifələr var11.12.2025 - 18:48
Azərbaycan BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında Milli Bəyanatını təqdim edib11.12.2025 - 18:26
Vüqar Həşimov Memorialının qalibi bəlli olub11.12.2025 - 18:13
İbrahim Süleymanov: "Süni intellekt nə qədər faydalı olsa da, çox böyük risklər də daşıyır"11.12.2025 - 18:00
Azərbaycan və ABŞ rəqəmsal transformasiya imkanlarını müzakirə edib11.12.2025 - 17:47
Yeni yaradılan “Eynək” İncəsənət Studiyası ilk tamaşasını təqdim edib11.12.2025 - 17:32
Bakı Qızlar Universitetində Qazaxıstan alimləri ilə görüş keçirilib11.12.2025 - 17:30
Qlazqoda Azərbaycan musiqi əsərləri səsləndirilib11.12.2025 - 17:17
Psixoloq Aynur İskəndərova: "İnsanlarda yaranan hisslər bir müddət sonra özünü biruzə vermir"11.12.2025 - 17:03
Azərbaycan və Böyük Britaniya süni intellekt üzrə birgə fəaliyyəti müzakirə edib11.12.2025 - 17:02
2026-cı ilin iş və istirahət günləri təsdiqləndi! 11.12.2025 - 17:00
ADU-nun əməkdaşları Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər11.12.2025 - 16:47
Şərqi Qazaxıstan Dövlət Universitetinin nümayəndələri ADU-nun qonağı olub11.12.2025 - 16:32
Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib11.12.2025 - 16:17
ADU-da Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib11.12.2025 - 16:02
“Zəfərə mübarək” ədəbi-bədii tədbiri keçirilib11.12.2025 - 15:47
ADU-nun dosenti beynəlxalq konfransda məruzə ilə çıxış edib11.12.2025 - 15:32
“İnsanların ruhuna toxunmaq mənim missiyamdır” – Klinik psixoloq Fəridə Musavi ilə müsahibə11.12.2025 - 15:20
Beynəlxalq Əlillər Gününə həsr olunmuş silsilə tədbirlər davam edir11.12.2025 - 15:17
ADU-da Fəlsəfə doktoru proqramı üzrə doktorantura minimum imtahanları keçirilib11.12.2025 - 15:02
AzMİU-da yeni Təlim-Tədris Mərkəzləri və “İxtisaslaşmış Auditoriya” istifadəyə verildi11.12.2025 - 13:59
BMU-da Ulu Öndərin anım günü ilə bağlı tədbirlər keçirilib11.12.2025 - 13:47
ADA Universitetinin ikili diplom proqramları üzrə Rəhbər Komitəsinin üzvlərinin görüşü keçirilib11.12.2025 - 13:45
Qaxda uşaq bağçasında yanğın olub11.12.2025 - 13:35
Aşqarlar Kimyası İnstitutunun 60 illiyi ilə bağlı kitab nəşr olunub11.12.2025 - 13:33