Cəmiyyətdə empatiya hissinin mövcud olub-olmaması barədə müzakirələr son zamanlarda daha da intensivləşib. Qarşılıqlı anlayışın azalması ilə bağlı fikirlər artmaqdadır. Bəs bu gün insanlar bir-birinə kifayət qədər anlayışlıdırmı? Aydınlaşdırmaq üçün bu işin mütəxəssisinə sual verdik: “Sizcə bu gün cəmiyyətdə empatiya hissi varmı?”
Psixoloq Aynur İskəndərova “Tehsil365”ə verdiyi açıqlamada bildirib ki:
“Şəxsiyyət pozuntusu kimi ən çox rast gəlinən psixoloji narahatlıq - özünü tək hiss etmək və narsistlikdir. Son dövrlərdə bu iki məsələ daha çox müzakirə olunur. Bunun da özünün müəyyən səbəbləri var. Bu isə ən çox sosial platformalarda yayınlanan videolardan irəli gəlir. Narsistlərdə başqalarını düşünməmək, ancaq özünü sevmək kimi xüsusiyyətlər zamanla formalaşır. Hətta, dövr dəyişdikcə heç kimə güvənməmək heç kimə inanmamaq məsələləri də, son zamanlar çox müzakirə olunur deyə insanlarda tənalıq hissi yaranır.
İnsanlarda empatiya hissi var, bəli. Lakin insanlarda müəyyən hisslər, duyğular formalaşır. Bir müddət sonra isə həmin hiss və duyğular özünü biruzə vermir. Bunların da tək səbəbi bayaq da qeyd etdiyimiz kimi qloballaşma dövründəki hadisələr və texnologiyadır.”-deyə, o qeyd etdi.

