Bu gün, 12 dekabr 2023-cü il, görkəmli Azərbaycan yazıçısı və ssenaristi Hüseyn Abbas oğlu Abbaszadənin vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1922-ci il noyabrın 22-də Bakı şəhərində anadan olan Hüseyn Abbaszadə 1948-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuş, 1979-cu ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına, 1988-ci ildə SSRİ Yazıçılar İttifaqı və ÜİHİŞ mükafatlarına layiq görülmüş, 1991-ci ildə isə Azərbaycanın xalq yazıçısı fəxri adına nail olmuşdur.
Hüseyn Abbaszadə Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan sənətkar kimi tanınır, onun əsərləri nəsillər boyu oxucular tərəfindən sevilir və hörmətlə yad edilir.
O, 2007-ci il dekabrın 12-də vəfat etmişdir. Azərbaycanın ədəbiyyatına verdiyi töhfələr heç vaxt unudulmayacaq.

