Bu gün – 12 dekabr, Azərbaycanın görkəmli maarifçisi, publisisti, şərqşünası, dilçisi və ictimai xadimi Məhəmməd ağa Şahtaxtinskinin vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1846-cı ildə Naxçıvan qəzasının Şahtaxtı kəndində anadan olan Şahtaxtinski ictimai-siyasi və elmi fəaliyyəti ilə XIX–XX əsr Azərbaycan aydınlar nəslinin seçilən nümayəndələrindən biri olmuşdur.
O, Beynəlxalq Fonetika Cəmiyyəti (1899), Beynəlxalq Asiya Cəmiyyəti (1900) və Rusiya İmperator Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinin (1903) həqiqi üzvü idi. 1920-ci ildə Bakı Dövlət Universitetində professor kimi fəaliyyət göstərmişdir.
Məhəmməd ağa Şahtaxtinski maarifçilik ideyalarının yayılmasında, elmi biliklərin, o cümlədən türk dillərinin fonetik və qrammatik quruluşunun öyrənilməsində mühüm xidmətlər göstərmişdir.
O, 1931-ci ilin 12 dekabrında Bakı şəhərində vəfat etmişdir.
Xatirəsi hörmətlə anılır.

