Bu gün Azərbaycan musiqi mədəniyyəti tarixində mühüm hadisələrdən birinin – Əfrasiyab Bədəlbəylinin bəstələdiyi “Nizami” operasının premyerasının 76-cı ildönümüdür.
"Tehsil365" xəbər verir ki, Əsər 1948-ci il dekabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulub.
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş bu monumental opera, həm musiqi, həm də ideya baxımından milli opera sənətində mühüm mərhələ hesab olunur. Əsər klassik şərq poeziyasının və Qərb opera janrının sintezini əks etdirir.
“Nizami” operası Əfrasiyab Bədəlbəylinin ən önəmli əsərlərindən biri olmaqla yanaşı, Azərbaycanın mədəni irsində də dərin iz buraxmışdır.

