1991-ci il dekabrın 12-də Pakistan İslam Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini rəsmi olaraq tanıdı.
"Tehsil365" xəbər verir ki, Bununla da Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri kimi tarixə düşdü.
Bu əlamətdar hadisə iki ölkə arasında formalaşan qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin təməlini qoydu. Azərbaycan və Pakistan müxtəlif sahələrdə, xüsusən də siyasi, hərbi, iqtisadi və humanitar əməkdaşlıq istiqamətində uğurlu əlaqələr quraraq dostluq münasibətlərini gücləndiriblər.
Pakistanın müstəqilliyimizi ilk tanıyan dövlətlər sırasında olması bu gün də Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir.

