1994-cü ilin 12 dekabr tarixində Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasında rəsmi olaraq diplomatik əlaqələr yaradılmışdır.
"Tehsil365" xəbər verir ki, Bu hadisə iki ölkə arasında siyasi, iqtisadi, mədəni və beynəlxalq əməkdaşlığın əsasını qoymuşdur.
Diplomatik münasibətlərin qurulmasından sonra Azərbaycan və Kolumbiya arasında qarşılıqlı anlaşmaya əsaslanan əməkdaşlıq tədricən inkişaf etməyə başlamış, xüsusilə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əlaqələr möhkəmlənmişdir.
Hazırda Azərbaycan və Kolumbiya arasında dostluq və əməkdaşlıq münasibətləri uğurla davam etdirilir.

