Bu gün – 12 dekabr, Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Orxan Nadir oğlu Əkbərovun doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1982-ci ildə Saatlı rayonunda anadan olub.
Orxan Əkbərov hərbi xidmətini peşəkar şəkildə davam etdirərək Aprel döyüşlərində və 2020-ci il İkinci Qarabağ müharibəsində şücaətlə iştirak etmişdir. O, xüsusilə Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş və 6 oktyabr 2020-ci ildə şəhid olmuşdur.
Onun igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı ilə təltif edilmişdir.
Şəhid Orxan Əkbərovun xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Allah rəhmət eləsin!

