11 dekabr 2025-ci il tarixində Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibətilə tədbir keçirildi.
"Təhsil365" xəbər verir ki, Tədbirdə məktəbin müəllim və şagird kollektivi, yerli icma nümayəndələri iştirak etdilər. Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş çıxışlar səsləndirildi, onun Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətlərindən bəhs olundu. Şagirdlər Heydər Əliyevə həsr olunmuş şeirlər söylədi, bədii kompozisiyalar nümayiş etdirdi.
Tədbirin sonunda Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və məktəbin foyesində təşkil olunmuş guşəyə gül dəstələri qoyuldu.

