Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı növbəti təqdimat İctimai Televiziyada baş tutub.
"Tehsil365" xəbər verir ki, III “Maarifçi” proqramının iştirakçıları Rüqayyə Xıdırova və Rəvan Hacıyev yayımlanan verilişin qonağı olublar.
Veriliş zamanı iştirakçılar proqram çərçivəsində əldə etdikləri praktik biliklər, peşəkar bacarıqlar, eləcə də bu təcrübənin onların karyera inkişafında rolu barədə danışıblar. Qonaqlar proqramın tələbə və yeni məzunlar üçün real iş mühiti ilə tanışlıq, təcrübə qazanmaq və şəxsi inkişaf baxımından çox əhəmiyyətli olduğunu vurğulayıblar.
Elm və Təhsil Nazirliyinin əməkdaşı, “Maarifçi” proqramının işçi qrupunun katibi Tünzalə Vəliyeva isə proqramın məqsədləri, gənclərə təqdim olunan imkanlar və əldə olunan uğurlu nəticələr haqqında ətraflı məlumat verib.
Veriliş maarifləndirmə və təbliğat baxımından “Maarifçi” proqramının daha geniş kütləyə çatdırılmasında mühüm addım olub.

