Bu gün keçirilən “Riyaziyyat İnnovasiya Müsabiqəsi” bilik, düşüncə və yaradıcılığın əsl bayramına çevrildi.
"Tehsil365" xəbər verir ki, Şagirdlərin analitik təfəkkür, problem həll etmə bacarığı və innovativ yanaşmaları üzə çıxaran müsabiqə yüksək maraqla qarşılandı.
Müsabiqənin qalibi “Pifaqor varisləri” komandası oldu – onları səmimi-qəlbdən təbrik edirik!
Yarışda iştirak edən bütün komandalar öz bilik və bacarıqlarını nümayiş etdirdilər. Hər bir iştirakçı bu günün əsl qalibidir!
Qeyd edək ki, riyaziyyat yalnız rəqəmlərlə deyil, məntiq, düşüncə və yaradıcı yanaşma ilə bağlıdır. Bu müsabiqə də bir daha göstərdi ki, gənc beyinlərimiz böyük potensiala sahibdir.
Bütün iştirakçılara təşəkkür edir, gələcək innovativ layihələrdə görüşməyi arzulayırıq!

