Müasir dövrdə gənclərə elmi əsərlərin, araşdırmaların və kitabların tanıdılması xüsusi əhəmiyyət daşıyır. Bu gün gənclər son dərəcə fəaldırlar. Bəzən belə təsəvvür yarana bilər ki, onların aktivliyi azdır, lakin əslində vəziyyət tam əksidir. Əlaqədar qurumlar bu istiqamətdə sistemli şəkildə çalışır və gənclərin özündə də elmə, təhsilə, maariflənməyə böyük maraq mövcuddur.
“Tehsil365“ “AZƏRTAC“a istinadla bildirir ki:
Gənclərimiz dünyanın nüfuzlu universitetlərində təhsil alıb, bilik və bacarıqlar qazanmaqla yanaşı, Azərbaycanın adını da yüksək səviyyədə təmsil edirlər.
“Onlar həm yaxşı təhsil almalı, həm də ölkəmizi dünyada tanıtmalıdırlar. Bütün bunlar gənclərin üzərinə böyük məsuliyyət qoyur. Bu işin kütləviləşdirilməsi, daha geniş miqyasda təşviq edilməsi vacibdir ki, milyonlarla gənc gələcəkdə həm savadlı vətəndaş, həm də milli vətənpərvər kimi yetişsin, Azərbaycanı layiqincə təmsil edə bilsin. Müasir gənclər qarşısında həm çətin, həm də şərəfli bir vəzifə durur və onlar bu məsuliyyəti daşımağa qadirdirlər”,- deyə R.Zeyni əlavə edib.

