Neftçala Rayon İcra Hakimiyyətinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin və “Kəlağayı ev-muzeyi”nin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Kəlağayı Günləri 2025" adlı tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himnimiz səsləndirilib.
İştirakçılar “Kəlağayı ev-muzeyi”nin qədimi və müasir kəlağayılarından, milli papaqlardan, kəlağayı haqqında kitablardan ibarət sərgi ilə tanışlıq olublar.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin rəhbəri, “Kəlağayı ev-muzeyi”nin direktoru Güllü Eldar Tomarlı tədbirin mahiyyəti haqqında məlumat verib:” Qadınlarımızın baş örtüyünün simvolu olan kəlağayımızı geniş təbliğ etməkdə məqsədimiz bu müqəddəs örpəyin əzəlki şan- şöhrətini özünə qaytarmaq, beynəlxalq səviyyədə tanıtmaqdır”.
Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai- siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səidə Rzayevaya deyib ki, milli dəyərlərimizin bir parçası olun kəlağayımızın geniş təbliği onun istifadəsinə, istehsalına geniş yollar açır. Milli dəyərlərimizi qorumaq və gələcək nəsillərə çatdırmaq milli borcumuzdu.
Tədbirdə Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin Ulu Öndərə həsr etdiyi şeirlərindən ibarət "Vətən oğulsuz olmasın" kitabı şəhid analarına təqdim olunub.
Tədbirdə çıxış edən digər natiqlər “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin ulu nənələrimizin ismət örpəyi olan kəlağayıların təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər.
Tədbir çərçivəsində Güllü Eldar Tomarlının toplayıb tərtib etdiyi "Babamın papağı, nənəmin kəlağayısı" və "Kəlağayı bayramı", Brilyant Atəşin "Keçmişdən sabaha yol kəlağayı" kitablarının da təqdimatı olub.
Sonda Güllü Eldar Tomarlı tədbirə iştirakçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

