Səməd Vurğunun ev-muzeyinin fəaliyyətə başlamasının 50 illiyi qeyd edilib.
“Tehsil365” xəbər verir ki, yarım əsr ərzində muzey mədəni irsinin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm missiya yerinə yetirərək, maarifləndirici sahədə əhəmiyyətli nailiyyətlər qazanıb.
Tədbirdə Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələr, muzey əməkdaşları, ədəbiyyatsevərlər, ziyalılar iştirak etmişlər.
Əvvəlcə muzeyin yarım əsirlik dövr ərzində keçdiyi yola nəzər salınıb. Sora Ümummilli Liderin muzeyə etdiyi ziyarətləri əks etdirən videoçarx təqdim olunub.
Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, vurğunşünas Aslan Salmansoy, Əməkdar incəsənət xadimi, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, muzey fondunun baş mühafizi, Əməkdar mədəniyyət işçisi Xanım Şadlinskaya, fəlsəfə doktoru, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəri Nüşabə Babayeva-Vəkilova, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin müəllimi Məti Osmanoğlu, Abdulla Şaiqin mənzil-muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Qafqazlı xatirələrini bölüşüb, muzeydə keçirilən bir sıra tədbirlərdən söz açıb, bu ocağın tanınmış şəxsiyyətlərini yad edib, Səməd Vurğunun ev-muzeyinin daim zəngin ədəbi-mədəni mühitə malik olduğunu vurğulayıblar.
Tədbir boyunca şairin əsərlərindən parçalar, sözlərinə yazılmış musiqi əsərləri səsləndirilib.
Sonda fotoşəkillərindən ibarət sərgi nümayiş olunub.

