Təhsil 365 - Logo Mobile

Diplom tanınması üçün hansı sənədlər lazımdır?

10312.12.2025 - 09:10
Diplom tanınması üçün hansı sənədlər lazımdır?

Xarici təhsil sənədlərinin tanınması üçün müraciət edən şəxslər bir sıra sənədləri təqdim etməlidirlər.

“Tehsil365” xəbər verir ki, orta ixtisas təhsili üzrə müraciət zamanı diplomun və ona aid apostilin orijinal nüsxəsinin rəngli skan versiyası, həmçinin transkript və ona aid apostilin rəngli skanı tələb olunur.

Diplomun və transkriptin, eləcə də onlara aid apostillərin rus, ingilis və türk dilləri istisna olmaqla Azərbaycan dilinə notariat qaydada təsdiq edilmiş tərcümələri təqdim edilməlidir. Bundan əlavə, müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin hər iki üzü, xarici vətəndaşlar üçün isə daimi və ya müvəqqəti yaşama icazəsi, xarici pasportun ön səhifəsi və sərhədkeçmə möhürləri olan bütün səhifələr rəngli şəkildə skan edilərək təqdim olunmalıdır. Həmçinin hərbi biletin rəngli skanı və ya hərbi xidmətin qeydiyyatı haqqında arayışın elektron surəti tələb edilir.

Bakalavr səviyyəsi üzrə müraciət zamanı ali təhsil haqqında sənədin (diplomun) və ona aid apostilin rəngli skanı, diplom əlavəsinin (transkriptin) və apostilin rəngli skanı təqdim olunmalıdır. Bu sənədlərin rus, ingilis və türk dilləri istisna olmaqla Azərbaycan dilinə notariat qaydada təsdiq olunmuş tərcümələri də əlavə edilməlidir. Şəxsiyyət vəsiqəsinin hər iki üzünün, xarici pasportun bütün mühüm səhifələrinin, eləcə də hərbi biletin və ya hərbi qeydiyyat arayışının elektron surəti təqdim edilməlidir. Əgər müraciət edən şəxs təhsil müddətində müəssisələrarası və ya müəssisədaxili köçürülmə edibdirsə, köçürülmə ilə bağlı rəsmi arayışın skanı tələb olunur. Həmçinin bakalavriat səviyyəsinə orta ixtisas təhsili diplomu əsasında qəbul olunmuş şəxslər həmin diplomun skan versiyasını təqdim etməlidirlər.

Magistratura səviyyəsində müraciət edənlər ali təhsil haqqında sənədin (diplomun) və apostilin rəngli skanını, həmçinin transkript və apostilin rəngli skanını təqdim etməlidirlər. Bu sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcümələri (rus, ingilis və türk dilləri istisna olmaqla) də tələb olunur. Şəxsiyyət vəsiqəsinin hər iki üzü, xarici pasportun bütün mühüm səhifələri, hərbi bilet və ya hərbi xidmət qeydiyyatı haqqında arayış, həmçinin bakalavr diplomunun rəngli skanı sistemə yüklənməlidir.

Qeyd edək ki, magistratura üzrə müraciət edildikdə və bakalavr diplomu xarici ali təhsil müəssisəsi tərəfindən verildikdə, əvvəlcə həmin diplom üzrə kvalifikasiyanın tanınması üçün ayrıca müraciət edilməlidir. Tələb olunan sənədlər yalnız elektron ərizə vasitəsilə şəxsi kabinetə yüklənməlidir; elektron poçt, məktub və ya fiziki sənəd qəbulu aparılmır. Diplom və transkript tanınma üçün müraciət olunmadan əvvəl verildiyi ölkədə leqallaşdırılmalıdır. Hər bir sənəd PDF formatında və 5 MB-dan artıq olmamaqla rəngli və oxunaqlı şəkildə sistemə əlavə edilməlidir.

Nərgiz Süleymanova

Xəbər Lenti

ADU-da Heydər Əliyevin anım gününə həsr olunmuş dəyirmi masa keçirilib12.12.2025 - 16:17
“Alman dilində qrammatik cinsin semantik gücü” mövzusunda elmi-seminar keçirilib12.12.2025 - 16:02
“Şüurun dərinliklərinə – səyahət” adlı tədbir keçirilib12.12.2025 - 15:47
“İdeyadan Startapa — Sənin innovasiya yol xəritən!” – Əmək bazarına fərdi giriş adlı təlim keçirilib12.12.2025 - 15:32
Xayfa Universitetinin yay məktəbi proqramına müraciət qəbulu başlayıb12.12.2025 - 15:17
ADU-nun kollektivi Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib12.12.2025 - 15:02
Parisdə UFAZ-ın perspektivlərinə dair fikir mübadiləsi aparılıb12.12.2025 - 14:54
Ədəbiyyat Muzeyində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb12.12.2025 - 14:42
ADNSU-nun rektoru “AICC CASPIAN 2025”də “Mükəmməllik” mükafatına layiq görülüb12.12.2025 - 14:36
Arxeologiya və Antropologiya İnstitutu elmi fəaliyyətinə dair illik hesabat verib12.12.2025 - 14:28
Türkiyəli alim İqtisadiyyat İnstitutunun elmi seminarında çıxış edib12.12.2025 - 14:14
Məktəblərdə intizam problemi‐Açıqlama12.12.2025 - 14:00
Azərbaycan əhalisinin sayı açıqlanıb12.12.2025 - 13:48
Azərbaycan universitetlərində ödənişli təhsil LƏĞV OLUNUR?12.12.2025 - 13:35
"Dərslik müəllifləri dərsliyi yazan zaman qazanca yox, öz vicdanlarına fokuslansınlar" - Əməkdar müəllim12.12.2025 - 13:25
Tədris dilindən asılı olmayaraq, "Azərbaycan tarixi" fənni 6-cı sinifdən etibarən Azərbaycan dilində keçiriləcək12.12.2025 - 13:15
Azərbaycanda səkkiz minə yaxın müəllimin müqaviləsinə xitam verilib12.12.2025 - 13:00
Emin Əmrullayev: "Altı yaşlı uşaqdan dillə bağlı hansısa siyasi mövqe gözləyə bilmərik"12.12.2025 - 12:50
Bakı məktəblərində kağız jurnallar ləğv edilib12.12.2025 - 12:40
Kənddə müasir məktəb tikilib, amma müəllim və şagirdlər soyuqdan “donur”12.12.2025 - 12:30
Orta məktəb şagirdləri dönərdən zəhərləndi -ADLAR12.12.2025 - 12:20
Azərbaycanlı şagirdlər Dünya Riyaziyyat çempionatında üçüncü oldular - Fotolar12.12.2025 - 12:10
“Azərbaycan Səfəvi dövlətinin tarixinin mənbəşünaslığı” - YENİ KİTAB12.12.2025 - 12:00
Yağış mənşəli torpaq sürüşmələri ilə bağlı tədqiqat aparılıb12.12.2025 - 12:00
“Qarabağ və Şərqi Zəngəzur, Geologiya və mineral resurslar” ikicildliyi nəşr olunub12.12.2025 - 11:55
Rektor BMU-da karyera sərgisi ilə tanış olub12.12.2025 - 11:50
Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanı ziyarət edib 12.12.2025 - 11:40
Azərbaycan Universitetində Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirilib12.12.2025 - 11:30
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi12.12.2025 - 11:22
Bakıda müəllim vəfat edib12.12.2025 - 11:20
Nazir müavini Firudin Qurbanov BSU tələbələri ilə görüş keçirdi12.12.2025 - 11:12
Məktəblərdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilib12.12.2025 - 11:10
Səməd Vurğunun ev-muzeyinin 50 illiyi qeyd edilib12.12.2025 - 11:05
Neftçalada "Kəlağayı Günləri 2025" adlı tədbir keçirilib12.12.2025 - 11:00
Qəbələ Rayon İcra Hakimiyyətində vakant vəzifələr üzrə ümumi müsahibə elan edilib12.12.2025 - 10:56
Qazax Milli Pedaqoji Universitetinin nümayəndələri BDU-da olublar12.12.2025 - 10:53
Keçmişin təhsili və informasiya həyatı: Gülbadam Cümşüdovanın xatirələri12.12.2025 - 10:43
Heydər Əliyev irsinin mediada təbliği təcrübəsi keçirilib 12.12.2025 - 10:30
Arzu Əliyeva ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib 12.12.2025 - 10:30
Sosial bacarıqlar məktəbdə necə formalaşmalıdır?12.12.2025 - 10:20
BDU-da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb12.12.2025 - 10:17
Emin Əmrullayevdən anım günü ilə bağlı paylaşım12.12.2025 - 10:04
Gənc Müəllimlərin V Şəbəkələşmə Forumu keçiriləcək12.12.2025 - 09:51
"Mədəni irs, ədalət və qayıdış yolu” adlı tələbə elmi konfransı keçirilib 12.12.2025 - 09:45
Kolleclərə yeni direktor müavinləri təyin olunub12.12.2025 - 09:38
İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib - FOTO12.12.2025 - 09:12
BDU-da “Ölməz Lider” adlı tədbir keçirilib12.12.2025 - 09:05