11 dekabr 2025-ci il tarixində Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Slavyan Universitetində (BSU) tələbələrlə görüş keçirib.
“Tehsil365” xəbər verir ki, Görüşdə universitet rəhbərliyi, müəllim heyəti və müxtəlif ixtisaslarda təhsil alan tələbələr iştirak edib.
Görüş zamanı Firudin Qurbanov ölkəmizdə ali təhsil sistemində aparılan islahatlar, təhsil keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər, tələbələrin inkişafına verilən dəstək və gələcək karyera imkanları barədə geniş məlumat verib.
Nazir müavini tələbələrin suallarını cavablandırıb, onların təklif və fikirlərini dinləyib. Görüş səmərəli fikir mübadiləsi şəraitində keçib və tələbələr tərəfindən yüksək maraqla qarşılanıb.

